Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Ali Babacan yeni partiya üçün müraciət edir


Türkiyə baş nazirinin keçmiş müavini Ali Babacan yeni partiyasının qeydiyyatı üçün müraciət edir.

Babacan keçən ilin iyulunda bildirmişdi ki, Recep Teyyub Erdoganla dərin fikir ayrılığına görə, hakim Ədalət və İnkişaf Partiyasından ayrılır.

Babacan partiyasının adını çərşənbə günü elan edəcəyini deyib.

Hakim partiyanın əsasını qoyanlardan olan Babacan 2002-ci ildən Türkiyə hökumətində təmsil olunurdu. O, iqtisadiyyat və xarici işlər naziri kimi də çalışıb.

Keçən ilin dekabrında Erdoganın daha bir müttəfiqi, keçmiş baş nazir Ahmet Davutoglu yeni partiya yaradıb.

Erdoganın dayaqları Türkiyədə pisləşən iqtisadiyyat fonunda zəifləməyə başlayıb.

XS
SM
MD
LG