Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:27

Başqırdların milli təşkilatı ‘separatçılığa’ görə qadağan edilib


Mayın 22-də Başqırdıstanın Ali Məhkəməsi qeydiyyatdan keçməmiş Başkort ictimai hərəkatınıekstremist təşkilat kimi tanıyıb və fəaliyyətini qadağan edib.

Belə bir vəsatətlə məhkəməyə respublika prokurorluğu müraciət etmişdi.

Güc strukturları bu hərəkatın təşkil etdiyi toplantıları qanunsuz hesab edirlər.

Təşkilatın “ekstremist fəaliyyətə çağırışlar” etdiyi və “nifrət və düşmənçiliyi qızışdırdığı” iddia olunur.

Başqırdıstan Ali Məhkəməsinin hakimi Guzel Farkhutdinova bu vəsatəti 20 dəqiqə ərzində təmin edib.

Məhkəmənin qərarında deyilir:

"Müstəqil ekspertlərin yekun rəyinə görə bu təşkilatın üzvləri Başqırd millətinin hüquqlarının dövlət hakimiyyəti tərəfindən tapdanması barədə təsəvvür yaradan şüarlar səsləndirirlər”.

Qərarada bu da qeyd olunur ki, təşkilat yerli özünüidarəyə və Başqırdıstan Respublikasının Rusiya Federasiyasının tərkibindən çıxmasına çağırışlar edir.

Başkort hərəkatının vəkili deyib ki, bu qərardan apellyasiya şikayəti veriləcək.

Başqırd dağı, Başqırd dili

Prokurorluğun təşkilata əsas ittihamı bundan ibarət idi ki, bu hərəkatın ağsaqqalları qismində ekstremizmə görə məhkum edilmiş Sagit Ismagilov, Fanzil Akhmetshin Ayrat Dilmukhametov çıxış edirlər.

Hərəkatı habelə Başqırdıstanı Rusiyadan ayırmaq cəhdində ittiham edirlər.

Prokuroluğun versiyasına görə hərəkatın qurultaylarından birində təşkilatın sədri Fail Alchinov belə bir çağırış edib:

“Bu qurultayda Başqırdıstanın Rusiyadan müstəqilliyi elan edilməlidir”.

Vəkillər bunun uydurma olduğunda və deyilənlərin ruscaya düzgün tərcümə edilmədiyində israr edirlər.

Başkort təşkilatının tərəfdarlarından bir qrup
Başkort təşkilatının tərəfdarlarından bir qrup

Hərəkatın üzvləri bildirirlər ki, Başkort təşkilatına təzyiqlər onun üzvləri Kuştau dağının mühafizə edilməsini tələb edən aksiya keçirdikdən sonra başlanıb.

Başqırdıstanın rəhbərliyi təbiət abidəsi olan bu dağı əhəng çıxarılması üçün “Başqırd Soda” şirkətinə verib.

Son illərdə prokurorluq Başkort təşkilatını bir neçə dəfə tənqid edib.

Hərəkat 2017-ci ilin sentyabrında Başqırd dilinin müdafiəsi üçün aksiya keçirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG