Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Baş həkim 43 gün süni tənəffüsdən sonra koronavirusdan vəfat edib


Sankt Peterburq qəbirstanlıqlarından biri
Sankt Peterburq qəbirstanlıqlarından biri

Moskvadakı 180 nömrəli poliklinikanın baş həkimi Yulia Sergeyeva COVID-19 virusunun törətdiyi fəsad nəticəsində vəfat edib.

Moskva Səhiyyə Departametindən verilən məlumata görə baş həkim 43 gün müddətində ağ ciyərin süni ventilyasiyası (ASV) apparatında olub:

"Bütün görülən tədbirlərə baxmayaraq, koronavirus infeksiyasının törətdiyi fəsadın nəticəsini aradan qaldırmaq və Yulia Borisovnanı xilas etmək mümkün olmayıb”.

Departamentdən bildiriblər ki, Sergeyeva tibb sahəsində 30 ildir çalışırdı və baş həkim vəzifəsinə 2016-cı ildə təyin olunmuşdu.

Rusiyanın müstəqil Meduza saytının verdiyi məlumata görə baş həkim bundan əvvəl İspaniyada turist səfərində olmuşdu.

O vaxt poliklinikada infeksiya mənbəyinin “mərtəbələri gəzən bir pasientin” olduğu bildirilmişdi.

Yaddaş siyahısı

Bu ilin aprelində Rusiyada bir qrup həkim “Yaddaş siyahısı” adlı sayt düzəldib. Burada koronavirus yoluxmasından ölmüş həkim və tibb işçiləri haqqında məlumatlar verilir.

Hazırda siyahıda 113 nəfərin adı var.

CurrentTime yazır ki, Rusiyada koronavirusdan ölən həkimlərin rəsmi statistikası aparılmır. Bununla belə infeksiyadan çox sayda tibb işçisinin öldüyü barədə xəbərlər yayılır.

Mayın 6-da Sankt Peterburq şəhərində daha 4 tibb işçisinin koronavirusdan vəfat etdiyi xəbər verilib.

Bundan əvvəl bu şəhərdə virusla mübarizədə həlak olmuş həkimlərin xatirə lövhəsi düzəldilib.

Bu da xəbər verilir ki, əksər həkim və tibb bacıları şəxsi qorunma vasitələrinin çatışmazlığı ucbatından vəfat edir.

Lakin Səhiyyə Nazirliyi...

Bu arada Rusiyanın Səhiyyə Nazirliyi koronavirus xəstəliyinin profilaktikası, diaqnostikası və müalicəsi barədə yeni təlimat dərc edib.

Burada xəstəxanalara koronavirusdan və infeksiya ilə yanaşı mövcud başqa xroniki xəstəliklərdən ölənlərin ayrılıqda qeydə alınmasına göstəriş verilir.

Belə bir ayırma COVID-19-a dair statistik rəqəmlərin süni şəkildə azaldılmasına imkan verə bilər.

Bundan başqa xəstəxanalara “fərdi qorunma vasitələrinə olan tələbatı azaltmaq” tövsiyə edilir.

Aprel ayının sonunda məlum olmuşdu ki, Moskvadakı Kommunarka xəstəxanasının tibb bacıları kütləvi şəkildə işdən çıxır.

Onlar iş şəraitinin təhlükəliyindən və maaşlarına koronavirusa görə vəd edilmiş əlavə pulu ala bilmədiklərindən şikayət edirdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG