Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:49

Özəl uşaq bağçası açdı…həbs edildi


İllüstrativ foto
İllüstrativ foto

Şəfiqə Musazadə uzun illər Sumqayıtdakı orta məktəbdə ibtidai sinif müəllimi olub.

Bundan sonra uşaq bağçasının müdiri kimi çalışıb və qərara gəlib ki, özəl uşaq bağçası açsın.

İdeyasını gerçəkləşdirib, ancaq onu elə həmin bağçaya görə yanvarın 22-də məhkəmədə həbs ediblər.

Xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Şəfiqə Musazadənin işinə baxılırdı. O, CM-in 178-ci maddəsilə - dələduzluqda ittiham olunur.

Musazadə özəl bağçanı yaradanda, ora cəlb etdiyi işçilərdən öncədən 1500-3000 manat civarında pul alıb.

Həmin şəxslər bağçaya tərbiyəçi, xadimə, aşpaz, mühafizəçi işlərinə götürülüb, amma bir neçə ay işləsələr də, maaşlarını ala bilməyiblər.

İşə düzəlməkdən ötrü pul verənlərin bir neçəsi (Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva, Gülmünaz Şirəliyeva) müdirdən polisə şikayət verərək iddia ediblər ki, Şəfiqə Muzadədə onları aldadıb, pullarını ələ keçirib.

“Cəmi 9 uşaq cəlb edə bildik”

Şəfiqə Musazadə istintaq və məhkəmə dövründə həbs olunmayıb və ev dustaqlığında qalıb.

O, məhkəmədə deyib ki, əslində, kimsəni aldatmaq fikri olmayıb, heç aldatmayıb da. Adamlardan aldığı pulları da özünə xərcləməyib, özəl bağçanın yerləşdiyi məkanın sahibinə icarə haqqı verib. Bir hissəsini də əvvəlki aylarda maaş kimi, işçilərə ödəyib. Onun sözlərinə görə, bağçaya cəmi 9 uşaq cəlb edə bildiklərindən, gəlir xərci ödəməyib, pis duruma düşüblər.

Zərərçəkənlər məhkəmədə də verdikləri pulu geri istəyiblər. Amma o, Ş. Musazadə ödəməyə imkanı olmadığını söyləyib: “Hamı bilir ki, mən o pulları icarəhaqqına ödəmişəm. Pulları qaytarmağa imkanım yoxdur”.

Bağça müdiri pulu ödəmədiyindən, zərərçəkənlər şikayətlərini geri götürməyiblər. Nəticədə Şəfiqə Musayevanın 6 il 6 ay həbsi barədə hökm çıxarılıb.

O, ev dustaqlığında olduğuna görə, yanvarın 22-də hökm oxunandan sonra məhkəmə zalındaca həbs edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG