Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 11:55

Bəzi sürücülər günlük yox, aylıq müayinədən keçirilir


Avtobus sürücülərinin ən böyük dərdi
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Avtobus sürücülərinin ən böyük dərdi

Dövlət Yol Polisi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər arasında yoxlama həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir ki, oktyabrın 9-da gecə keçirilən yoxlamalar Yasamal, Nərimanov, Səbail, Nizami və başqa rayonları əhatə edib. Yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan bəzi məqamların ortaya çıxdığı bildirilir.

«Həmin ərazilərdə təxminən 100-ə yaxın avtobus işdən sonra binaların həyətlərində, səkilərdə, yolun hərəkət hissəsində və digər qanunla qadağan edilmiş ərazilərdə saxlanılır. Hətta yanacaqdoldurma məntəqələrini və ətraf əraziləri özünə dayanacaq seçən avtobus sürücülərinə də rast gəlinib», - nazirliyin məlumatında vurğulanır.

Habelə bildirilir ki, bəzi sürücülər səhərlər heç bir tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlamadan sərnişindaşıma fəaliyyətinə başlayır.

Bakıda avtobus sərnişinlərinin bu dərdinə kim çarə qılacaq?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

«Araşdırma zamanı həmçinin müəyyən edilib ki, reysə çıxan sürücülər hər gün tibbi müayinədən keçməli olduqları halda bəzi sərnişindaşıma şirkətləri həmin sənədi avtobusu idarə edən şəxslərə aylıq təqdim edirlər», - DİN bildirir.

Xəbərdarlıq

Nazirlik sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq edib. Xəbərdarlığa görə, hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, yoxlanmalıdır. Sürücülər isə səhər işə başlayarkən tibbi müayinədən keçirilməlidir. Qaydaları pozanların cəzalandırılacağı bildirilir.

Xatırlatma

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu yaxınlarda taksi fəaliyyəti həyata keçirən subyektlərlə bağlı reyd keçirildiyini açıqlamışdı. Həmin açıqlamada 100-dən artıq taksi fəaliyyəti ilə məşğul olanın cərimələndiyi vurğulanırdı. Dövlət Yol Polisi İdarəsi cərimələnən sürücülərin taksi fəaliyyətindən ötrü lazımı sənədlərə malik olmadığını bildirib.

Ancaq bəzi cərimələnən şəxslər də kütləvi informasiya vasitələrinə müsahibələrində deyiblər ki, onların avtomobilləri kütləvi şəkildə cərimə meydançalarına aparılır. Onlar şikayətlənirdilər ki, qanunvericilikdə onların avtomobillərinin mütləq şəkildə cərimə meydançalarına aparılması tələbi yoxdur.

Bəzi ekspertlər isə ehtimal edirlər ki, Azərbaycanda taksi fəaliyyəti də inhisara alına bilər.

Dünən, oktyabrın 9-da isə Nazirlər Kabinetinin toplantısında prezident İlham Əliyev çıxışında son vaxtlar bəzi baş verən ağır yol qəzalarına toxunaraq sərnişindaşıma sahəsindəki problemlərdən bəhs etmişdi.

XS
SM
MD
LG