Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Fevral, şənbə, Bakı vaxtı 02:05

Bəzi dairələrdə seçkilərin nəticələri ləğv edilib (VİDEO)


MSK-nın iclası. Foto arxiv

Ləğv edilən dairələrin sayı 4 oldu

Fevralın 13-də 33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə növbədənkənar parlament seçkilərinin nəticələrinin də ləğv edildiyi açıqlanıb.

Bu barədə qərarı da Mərkəzi Seçki Komissiyasının bu gün, fevralın 13-də keçirilən iclasında qəbul ediblər.

Qurumdan verilən məlumata görə, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Fuad Abbasovun müraciətinə baxılıb və bir çox seçki məntəqəsi üzrə pozuntular aşkar edilib.

Dairə üzrə nəticələr ləğv olunub.

MSK bu dairədən isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Hüseynbala Mirələmovun adını açıqlamışdı.

Hadı Rəcəbli, Rauf Arifoğlu... 4 dairədə seçkinin nəticələri ləğv olundu
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

MSK bəzi şikayətləri də DSK-lərə göndərib

Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 7 Seçki Dairəsi üzrə müraciəti baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.

Bu barədə qərar fevralın 13-də MSK-nın keçirilən iclasında qəbul edilib.

Daha 10 dairə...

Qərara əsasən, 81 saylı Beyləqan, 91 saylı Ucar, 14 saylı Xəzər, 42 saylı Sumqayıt İkinci, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər və 60 saylı Salyan-Neftçala seçki dairələri üzrə müraciətlər DSK-lara göndərilib.

Daha bir neçə dairə ilə bağlı da şikayətlər uygun olaraq dairə seçki komissiyalarına göndərilib.

Beləliklə təqribən 10 dairə ilə bağlı şikayətə də dairə seçki komissiyalarında baxılmalıdır.

Çingiz Qənizadə, Rauf Arifoğlu, Hadı Rəcəbli və Hüseynbala Mərələmovun qalib elan olunduğu dairələrdə nəticələr ləğv edildi

Fevralın 13-də 33 saylı Xətai birinci seçki dairəsi üzrə növbədənkənar parlament seçkilərinin nəticələrinin də ləğv edildiyi açıqlanıb.

Bu barədə qərarı da Mərkəzi Seçki Komissiyasının bu gün, fevralın 13-də keçirilən iclasında qəbul ediblər.

Qurumdan verilən məlumata görə, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Fuad Abbasovun müraciətinə baxılıb və bir çox seçki məntəqəsi üzrə pozuntular aşkar edilib.

Dairə üzrə nəticələr ləğv olunub.

MSK bu dairədən lider namizəd kimi isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Hüseynbala Mirələmovun adını açıqlamışdı.

+++

35 saylı Xətai üçüncü seçki dairəsi üzrə də parlament seçkilərin nəticələri ləğv olunub.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyanın bu gün, fevralın 13-də keçirilən iclasında deputatlığa namizəd İqbal Ağazadənin şikayətinə baxılarkən qəbul edilib.

Qurumdan «Turan» agentliyinə verilən məlumata görə, Ekspert Qrupunun apardığı araşdırmadan sonra məlum olub ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin əksər seçki məntəqələrində pozuntular olub.

Bildirildiyinə görə, MSK müraciəti qismən təmin edərək 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv edib. Yekun olaraq da 35 saylı Xətai üçüncü seçki dairəsində nəticələrin ləğv edildiyi bildirilir.

Bu dairədən isə MSK lider namizəd kimi «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun adını açıqlamışdı.

Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

+++

Fevralın 13-də habelə, Mərkəzi Seçki Komissiyası 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə də seçkilərin nəticələrini ləğv edib.

Vurğulandığına görə, MSK deputatlığa namizədlər Rəvan Bəşirov və Əzizxan Əzizovun müraciətinə baxaraq, müəyyən edib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib. Qeyd edildiyinə görə, protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib.

Həmin dairədən isə lider namizəd kimi Milli Məclisin Sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəblinin adı açıqlanmışdı.

+++

80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə növbədənkənar parlament seçkilərinin nəticələri ləğv edilib.

Bu barədə «Turan» agentliyinə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Məlumata görə, MSK-nın iclasında Hikmət Şirinov və Razim Əmiraslanovun şikayətlərinə baxılıb. «Bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb», - iclasda vurğulanıb.

Verilən məlumata görə, araşdırma zamanı bəlli olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir.

MSK həmin dairədən keçmiş deputat, hüquqşünas Çingiz Qənizadənin adını lider namizəd kimi açıqlamışdı.

Parlament seçkilərində 7 əsas pozuntu...
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... », - rəydə vurğulanıb.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG