Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:24

Bəxtiyar Hacıyev süni əngəldən şikayətlənib


B.Hacıyev
B.Hacıyev

29 saylı Səbail seçki dairəsindən deputatlığa iddialı, ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, sənədlərinin dairə seçki komissiyasında ( DSK) qəbul edilməsində süni əngəllə üzləşib.

Bu barədə B.Hacıyev özü yanvarın 8-də AzadlıqRadiosuna danışıb: «DSK sənədləri qəbul etmək istəmirdi, bir neçə gün idi ki, vaxtı uzadırdılar. Bir xeyli mübahisədən sonra, media təmsilçiləri yanvarın 8-də DSK-ya gəldikdən sonra dedilər ki, sənədləri qəbul edirlər. Bəhanə edirdilər ki, məhkumluqla bağlı arayış gətirməlisən. Halbuki, Seçki Məcəlləsində belə bir tələb yoxdur. Deyirəm ki, həmin sənədi mən gətirib sizə verə bilərəm, amma bizə sabaha, yəni, yanvarın 9-na söz veriblər. Əlavə edirdim ki, siz sənədləri qəbul edin, mən də sabah həmin arayışı gətirib sizə təhvil verim. Deyirdilər ki, yox, həmin sənədi gətir, biz də seçki ilə bağlı sənədləri qəbul edək. Nəhayət, bu gün, yanvarın 8-də sənədləri qəbul etdilər».

B.Hacıyev hesab edir ki, belə davranış təsadüfi deyil: «Çox güman ki, bu dairədən hakimiyyətin namizədinin adamları tapşırıq verib ki, nə qədər bacarırsınız vaxtı uzadın».

29 saylı Səbail seçki dairəsinin dairə seçki komissiyasından isə «Turan» agentliyinə bildiriblər ki, B.Hacıyevə hər hansı problem yaradılmayıb. «Sənədlərlə bağlı məsələ var idi. Həmin məsələ araşdırıldı və sənədləri qəbul edildi. Sənədlər qəbul edildi, amma imzaları hələ yoxlanmayıb. Buna hələ vaxtımız var», - DSK-dan bildiriblər.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

B.Hacıyev 2010-cu ildə də deputatlığa namizədliyini irəli sürmüşdü. Amma seçkilər başa çatandan sonra (gənc fəala deputat seçilmək mümkün olmamışdı) keçmiş namizədə hərbi xidmətdən yayınmaq ittihamı ilə cinayət işi açılmışdı. B.Hacıyev irəli sürülən ittihamı əsassız sayırdı. O, ordudan yayınmadığını, təhsilini davam etdirdiyini söyləyirdi.

Harvard Universiteti məzunu olan B.Hacıyev 2011-ci ilin martında həbs edilib. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il həbs cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG