Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Bərgüşad su istəyir


Bərgüşad kəndinin sakinləri Bakı-Qazax yolunu bağlayıblar
Bərgüşad kəndinin sakinləri Bakı-Qazax yolunu bağlayıblar

Ucar rayonu Bərgüşad kəndinin sakinləri dünən - fevralın 1-də bir müddət Bakı-Qazax yolunu bağlayıblar. Onlar su problemi yaşadıqlarını bəyan ediblər.

Bu barədə kənd sakinləri məlumat verib. Kənd sakinlərindən Ağahüseyn Abbasov problemi belə çatdırır:

«Bir ildən çoxdur ki,...»

«Bir ildən çoxdur ki, Bərgüşad kənd sakinləri su sıxıntısı çəkir. Bizə deyilənə görə, Yuxarı Şirvan kanalında su azlığı var. Yuxarı dağ rayonlarından su xətləri çəkməklə içməli su problemini həll etmək mümkündür. Kənd sakinlərinin təsərrüfat problemlərini bir tərəfə qoyaq, içməli su ilə təmin etmək olar».

A.Abbasov daha sonra da deyib: «Su çox az həcmdədir, heç kəndin aşağı hissəsinə gedib çıxmır. Bu kanalın suyu Göyçay və Ucarın üst-üstə səkkizə yaxın kəndindən keçib gəlir. Son bir ilə kimi bu problem olmamışdı. Keçən ilin yayından bu problemi yaşayırıq. Bəzi kəndlərə su xətləri çəkdilər, amma elə bil bu kəndə biganəlik var, baxmırlar. Kənd sakinləri də martın 1-də keçirdiyi aksiya ilə diqqəti bu problemə cəlb etmək istəyirdi. Məncə, kəndə su kəməri çəkməklə bu problemi həll etmək olar».

«Kənd əhalisi içməyə su istəyir»

Ucar rayonu Bərgüşad kənd bələdiyyəsindən isə «Turan» agentliyinə məsələ ilə bağlı bunları deyiblər: «Kənd sakinlərinin təsərrüfatı, yaşayışı sudan asılıdır. Bu kənd rayon mərkəzindən 30-35 kilometr aralıda yerləşir. Kənd əhalisi içməyə su istəyir, bundan da başqa bir tələbləri yoxdur... Mal-qara, əkin-biçin batır, bu, bir yana, əhali içməyə su tapmır».

Bələdiyyədən bildirildiyinə görə, Yuxarı Şirvan kanalına suyun həcmi az verilir, o həcmdə su da kənd əhalisi üçün yetərli deyil: «Su azlığı problemi neçə illər idi vardı, amma belə kəskin heç zaman olmamışdı».

Bakının birinci Zabrat qəsəbəsində sakinlər etiraz aksiyası keçiriblər
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

Bələdiyyədən habelə deyiblər ki, alternativ olaraq artezian quyuları qazmaq olar, amma bu, onların səlahiyyətində olan məsələ deyil.

Ayda suya 120 manat

Qurumdan həmçinin vurğulayıblar ki, kənddə hər bir ailə istifadə üçün ayda üç dəfə su gətizdirir, bir maşın su 40 manata verilir və bu da ayda 120 manat xərc deməkdir: «Keçən ilin sentyabrından isə kəndin aşağı hissəsinə, ümumiyyətlə, su gəlmir. Problem də budur. Bu barədə rayon və ölkə rəhbərliyinə müraciətlər edilib».

İcra hakimiyyəti: «Bununla bağlı müəyyən tədbirlər görüləcək»

Ucar rayonu İcra Hakimiyyətindən isə agentliyə bildiriblər ki, bu problem Aran rayonların bir çox yerlərinə xasdır. İcra hakimiyyətindən qeyd edildiyinə görə, bu problemi həll etmək üçün növbəlilik əsasında su maşınları kəndlərə su aparır: «Bununla yanaşı, ölkə rəhbərliyinə bu problemi aradan qaldırmaq üçün təkliflər də göndərilib. Yəqin ki, bununla bağlı müəyyən tədbirlər görüləcək».

Xatırlatma

Martın 1-də Bərgüşad kənd sakinləri Bakı-Qazax magistralının rayondan keçən hissəsində bir müddət yolu kəsərək aksiya keçiriblər. Bu kəndin 6300-ə yaxın sakini var. O, Ucar rayonun ən böyük kəndlərindəndir, 1300-dən çox təsərrüfata malikdir. Rayon mərkəzindən 35 kilometr aralıda yerləşir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG