Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Bələdiyyələri yarmarkaya mal gətirməyə məcbur edirlər?


Bazar və yarmarkalarda qiymətlər vətəndaşları qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Bazar və yarmarkalarda qiymətlər vətəndaşları qane edirmi?

Hökumətin təşkil etdiyi kənd təsərrüfatı yarmarkalarındada durum necədir?

Baş nazirin müavini Əli Əhmədov avqustun 22-də, Yaşıl bazarda olarkən burda qiymətlərin baha olduğunu dedi, daha sonra o, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkada qiymətlərdən razı qaldığını bildirdi.

Amma Bakı sakinlərinin heç də hamısı Əli Əhmədov kimi yarmarkadakı qiymətlərdən razı deyil. Paytaxtda qarşımıza çıxan sakinlərin bir çoxu deyir ki, qiymətlər elə Bakı bazarlarındakı kimidir:

Monopoliya var, ona görə bahaçılıqdır
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Bu yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədarük və Təchizat səhmdar cəmiyyəti keçirir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti ilə əlaqə cəhdlərimiz isə gün ərzində alınmadı, nazirliyin mətbuat xidmətinin rəhbəri telefon zənglərimizə cavab vermədi.

Nazirliyin internet saytında yazılıb ki, yarmarkaları təşkil etməkdən məqsəd bazarlarda bolluğu təmin etməkdir:

"Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır. Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir".

Qiymərdə demək olar fərq yoxdur

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli isə deyir ki, bu yarmarkalar heç də bolluq yarada bilmir. Belə ki, yaxşı məhsullar Rusiyaya göndərilir, Bakıda tədarükçü şirkətə satılır, yarmarkaya gələn mallar isə keyfiyyətli deyil:

“Əksər halda qiymət eyni olur. Dövlət məmurları sadəcə reklam etmək üçün çəkiliş edirlər. Orda isə malın, məhsulun keyfiyyəti aşağıdır və qiymət demək olar ki, eynidir. Şəhərin digər yerlərində də pomidorun kiloqramını 40-50 qəpiyə almaq olur, orda da. Yəni, yarmarkanın bazarla heç bir fərqi yoxdur”.

Bəs, fermerlərin satış imkanı necə iddia olunduğu kimi yaxşılaşırmı? Yerlərdə bələdiyyə sədrlər nə deyirlər?

AzadlıqRadiosuna danışan bələdiyyə sədrləri deyirlər ki, onların üzərində öhdəlik var ki, Bakıdakı yarmarkaları kənd təsərrüfatı malları ilə təchiz etsinlər.

Müxtəlif şəhərlərdə müxtəlif bələdiyyələr ayda bir neçə dəfə fermerlərı dəvət edib, yarmarkaya mal aparmaq işini təşkil edirlər.

Baha alıb, ucuz satmaq

Tovuz rayonunun Böyük Qışlaq bələdiyyəsinin sədri Nizami Hümbətov deyir ki, fermelərin özlərinin də maraqları var ki, bu yarmarkaya mal çıxartsınlar. Onun sözlərinə görə, Bakıda kartofu aldıqlarından ucuz satdıqları da olub:

“Bir dəfə almışıq 60 qəpiyə, satmışıq 50 qəpiyə. Əhalidə də maraq var, özümüz də maraqlıyıq. Biz onların yol pullarını təşkil edirik. Maşınlardan xahiş edirik ki, hörmət eləsinlər ki, ucuz gedib çıxsın ora. Bizə deyiblər ki, hardasa birdəfəyə bir ton kartof göndərin Bakıya”.

AzadlıqRadiosuna danışan başqa bələdiyyə sədrləri də deyirlər ki, Bakıya göndəriləcək malları təşkil edirlər.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli deyir ki, bələdiyyələrin elə bir öhdəliyi yoxdur ki, Bakı üçün məhsul tədarük etsinlər. Onun sözlərinə görə, bələdiyyələr azad seçki ilə seçilmədikləri üçün bu cür işlərə məcbur edilirlər.

Sabirabad rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Həsənov isə deyir ki, heç bir bələdiyyə sədrinə hansısa təzyiq olunmur.

Vahid Məhərrəmli bildirir ki, bazarda bolluq yaratmaq üçün hökumət gərək istehsalı artırsın, tədarükçü şirkətlərin sayının artmasına nail olsun, müxtəlif zonalarda fermer bazarları təşkil etsin.

Aqrar sahənin Ümumi Daxili Məhsulda payı isə bu il 5,6 faiz olub. Mütəxəsisislər bu sahənin inkişafı üçün əsaslı işlər görülməsinin vacib olduğunu deyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG