Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:38

Bələdiyyə seçkisi parlament seçkisinin baş məşqi oldumu?


Bələdiyyə seçkilərinin nəticəsinə qarşı etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:10:20 0:00

Bələdiyyə seçkilərinin nəticəsinə qarşı etiraz aksiyası

23 dekabr bələdiyyə seçkiləri həm də gənc ictimai fəalların prosesə qatılmasıyla yadda qaldı. Seçki eskperti Bəşir Süleymanlı öz Facebook hesabında yazır ki, məhz gənclərin iştirakı seçkidə situasiyanı dəyişdi.

İqtisadçı ekspert Röşvən Ağayevin fikrincə, bu seçkilər göstərdi ki, çoxluq demokratik və ədalətli seçkinin keçirilməsinə hazırdır və bunun məsuliyyətini dərk edir.

Bəs, seçki marafonuna ilk dəfə qoşulan gənclər özləri bu seçkilər haqda nə deyir?

Neftçala rayonun Xolqaraqaşlı kənd bələdiyyəsinə seçilən Vəfa Nağı deyir ki, namizədliyini irəli sürəndən, qalib gələnə kimi xeyli əngəllərlə üzləşib. Seçki lövhəsindən plakatlarını qoparıblar, seçicilərlə görüşündə elektriki kəsiblər, kəndin bir başından o biri başına getməyə taksi tapa bilməyib. Vəfa Nağı deyir ki, bütün əngəllərə baxmayaraq o sona kimi təbliğatını aparıb, seçicilərinə öz platformasından danışıb, onları seçkilərdə fəal iştiraka çağırıb:

“Kəndə düşüb əlimdə meqafonla seçiciləri seçkiyə çağırırdım. Təsəvvür edin, indiyə kimi bizim kənddə seçkiyə belə maraq olmamışdı. Heç danışdığım insanlar belə bilmirdilər ki, bələdiyyə seçkilərinə gedib neçə nəfəri seçə bilərlər”.

Vəfa Nağı deyir ki, Xolqaraqaşlı kənd bələdiyyəsinin yeni üzvü kimi ilk işi kəndə yol çəkilməsinə təşəbbüs göstərməkdir. Sonra isə bələdiyyə sədrindən hesabat tələb edəcək. Növbəti mərhələlərdə isə kənd camaatının sosiallaşmasına, gənclər üçün ingilis dili məşğələlərinin təşkilinə çalışacaq. Gənclərə asudə vaxtlarını keçirmək üçün məkan yaradılmasına səy göstərəcək.

O etiraf edir ki, kənddə çox iş görmək istəyir amma hansılarına nail olacağını bilmir.

Başqa bir namizəd, Elgiz Qəhrəman isə seçkilərdə qalib gəlməsə də ümumilikdə seçki prosesinin özünü yüksək qiymətləndirir. Bildirir ki, əvvəlki bələdiyyə seçkilərindən fərqli olaraq, bu dəfə seçkiyə ictimai maraq oldu, seçkilər günün əsas müzakirə mövzusuna çevrilə bildi:

“Hər bir seçki, xüsusi ilə də bələdiyyə seçkiləri yaxşı bir təcrübədir. Nəzərə alsaq ki, qarşıdan parlament seçkiləri gəlir, bələdiyyə seçkilərində iştirak, seçkiləri yaxından müşahidə etmək, hansı qanun pozuntularının olduğunu bilmək və bunun qarşısını almağın yollarını axtarmaq yaxşı təcrübə oldu”.

Başqa bir namizəd Mehman Hüseynov isə seçkilər başa çatsa da, ilkin nəticələr açıqlansa da, deyir ki, qələbə qazandığına əmindir. Buna görə də namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı II Dairəsində nəticələrin ləğvinə çalışacaq. Alınmasa, Avropa İnsan Haqları məhkəməsinə müraciət edəcək.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovsa bildirib ki, seçkidən şikayəti olan hər bir şəxs dairə seçki komissiyalarına müraciət edə, məsələnin araşdırılmasını tələb edə bilər.

XS
SM
MD
LG