Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:55

Bıkovun zəhərlənməsi ilə Navalnı işinin əlaqəsi


Dmitri Bıkov
Dmitri Bıkov

Bıkov Rusiya hökumətinin açıq tənqidçisidir, iki dəfə Prezident Vladimir Putinin ölkənin mədəni elitası ilə görüşə qatılmaqdan imtina edib

İki il öncə rusiyalı yazıçı və şair, hökumətin tənqidçisi Dmitri Bıkovu zəhərləyən gizli agentlər, müxalifətçilər Aleksey NavalnıVladimir Kara-Murzanın zəhərlənməsində şübhəli bilinən şəxslərdir.

Bu haqda “Bellingcat” və “The Insider” müstəqil araşdırmaçı qrupları detallı tədqiqat açıqlayıblar.

Oxşarlıqlar

İyunun 9-da yayılmış hesabatda deyilir ki, Federal Təhlükəsizlik Xidməti (FSB) üzvlərinin səyahətləri ilə tanınmış ictimai xadimlərin zəhərlənməsi, yaxud ölümləri arasında “ciddi əlaqə” müəyyənləşdirilib. Bu sıraya müxalifətçi Kara-Murzanın iki dəfə az qala ölümlə nəticələnəcək zəhərlənməsi, Qafqazda iki insan haqları fəalı, eləcə də bir antikorrupsiya fəalına hücumlar daxildir.

Bıkov Rusiya hökumətinin açıq tənqidçisidir, iki dəfə Prezident Vladimir Putinin ölkənin mədəni elitası ilə görüşə qatılmaqdan imtina edib.

“Dmitri Bıkovun ehtimal edilən zəhərlənməsi ilə Aleksey Navalnı işində böyük oxşarlıq var...”, – deyə qruplar zəhərlənmədən öncə eyni FSB zabitlərinin qurbanın yanında olmasını, zəhərlənmənin simptomlarını, uçuş zamanı komaya düşməni və sairəni misal gətirirlər.

Bıkov Rusiyanın Krımı ilhaq etməsinə və Ukraynanın şərqinə müdaxiləsinə qarşı çıxırdı. O, 2019-cu ilin aprelində Yekaterinburqdan Ufaya gedən təyyarədə xəstələnib. Bıkov Ufaya endirilən təyyarədən xəstəxanaya aparılıb, orada uzun müddət müalicə olunub. Rəsmi diaqnoz açıqlanmasa da, Bıkov zəhərləndiyini deyib.

Azı bir il daim izlənib

“The Insider”in baş redaktoru Roman Dobroxotovun iyunun 9-da “Current Time”a deməsinə görə, onun qrupu “Bellingcat” ilə birlikdə FSB-nin Bıkovu zəhərlənməzdən öncə azı bir il daimi izlədiyini aşkarlayıb.

Dobroxotovun sözlərinə görə, zəhər yazıçının paltarına o, Novosibirskdə Domina Otelində qalan zaman sürtülüb.

“Bellingcat” və “The Insider” Navalnının zəhərlənməsində əli olduğu güman edilən FSB zabitlərinin səfərlərini izləyəndən sonra Bıkovun zəhərlənməsini araşdırmağa başlayıblar.

Navalnı ötən ilin avqustunda Sibirdə Noviçok sinir qazıyla zəhərlənib. Onun zəhərlənməsini Avropanın bir sıra laboratoriyaları təsdiqləyib. Navalnı bir neçə ay Almaniyada müalicə alandan sonra bu ilin yanvarında Rusiyaya qayıdarkən aeroportda saxlanıb. O, hazırda həbs cəzası çəkir. Özü və tərəfdarları ona ittihamları siyasi motivli sayır.

Kara-Murza isə 2015 və 2017-ci illərdə Moskvada zəhərləndiyini deyir. Səbəb kimi insan haqları pozuntularında əli olduğu bildirilən Rusiya rəsmilərinə qarşı ABŞ sanksiyaları üçün lobbiçilik etməsini göstərir. Hər iki halda rusiyalı həkimlər onun “naməlum maddə”dən zəhərləndiyini bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG