Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 15:18

'Aztelekom' məhkəməyə verilib: '10 min müştərimizi ələ keçirib'


Aztelekom

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən «Avirtel» şirkəti «Aztelekom»u 10 min müştərisini ələ keçirməkdə ittiham edir. Bunun nəticəsində özünə 5 milyon manat ziyan dəydiyini iddia edən şirkət rəhbərliyi həmin məbləği «Aztelekom»dan tələb edir. Bu tələblə də 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə üz tutub.

Şirkət rəhbərliyi qarşı tərəfdən 5 milyon manat tələb etməklə yanaşı, həm də öz şəbəkəsindən qanunsuz çıxarıldığını iddia etdiyi 10 min müştərinin yenidən «Avirtel»ə qoşulmasının təmin olunmasını istəyir.

Dekabrın 18-də hakim Fərid Mədətli bu iddiaya baxmaqdan imtina edərək, ərizəni geri qaytarıb. Səbəb isə bunu göstərib ki, iddia ərizəsini, sənədləri qarşı tərəfin – «Aztelekom»un da aldığını təsdiqləyən sübut yoxdur.

İnternetin sürəti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Mülki Prosessual Məcəllənin 150-ci maddəsinə görə, iqtisadi mübahisələrdə işdə iştirak edən tərəflərin hamısı iddia ərizəsinin surətini, əlavə edilmiş sənədləri almalıdır. Üstəlik, bunu təsdiqləyən sənəd də məhkəməyə təqdim edilən iddia ərizəsinə əlavə olunmalıdır.

«Aztelekom» isə abunəçilərin qanunsuz ələ keçirilməsi ittihamıyla razılaşmır. Şirkətdən bildirilib ki, abunəçilərin bir hissəsinin «Aztelekom»un fəaliyyət sahəsinə keçməsi könüllü seçimdir: «Abunəçilərin digər provayderlərdən xidmət almaq imkanları var».

XS
SM
MD
LG