Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Şarl Aznavur: “Ermənistan yoxa çıxa bilər...”


Şarl Aznavur
Şarl Aznavur

“Birini iki yumurta oğurladığına görə dama basırlar, amma milyonları oğurlayanlar cəzasız qalır”. Bunu fransız dilində çıxan Nouvelles d’Armenie jurnalına müsahibəsində tanınmış erməni əsilli müğənni Şarl Aznaur deyib. O bildirib ki, belə bir hal onun üçün məqbul sayıla bilməz.

Aznaur daha sonra Ermənistan haqqında deyib: “Biz gərək başa düşək ki, inkişaf etməli gözəl bir ölkəmiz var. Başqa cür olsa, bu ölkə bəzi qədim sivilizasiyalar kimi yoxa çıxa bilər. Bunun üçün məsuliyyəti ilk növbədə Ermənistanın rəhbərləri daşıyacaqlar”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun qeyd edir ki, Aznaur bu barədə Ermənistanın rəhbərləri ilə söhbətlər etdiyini deyib: “Mən onların qılığına girmirəm. Fikirləşdiyimi deyirəm”.

Müğənni bildirib ki, o öz fəaliyyəti ilə Ermənistanın daha çox dostunun olmasına çalışır: “Mən adamları Ermənistana investisiya qoymağa, özlərini Ermənistana həsr etməyə çağırıram”.

Aznaur bildirib ki, “Ermənsitanın hazırkı kursu pis deyil, ölkə irəliləyir, bəzi şeylər yaxşıdır, amma ən başlıca maneə kommunist quruluşunun damğasıdır və ondan yaxa qurtarmaq üçün hələ müəyyən yol keçilməlidir”.

Müğənni öz müsahibəsində Şarl Aznavur fondu mövzusuna da toxunub. Bu fond Ermənistanda 1988-ci il zəlzələsindən sonra yaradılmışdı və “Aznavur Ermənistan üçün ittifaqı” adlanırdı. Aznavur deyib ki, fond imkansız adamlara yardımlarını davam etdirir, həm də mədəniyyət tədbirləri keçirir.

Eyni müsahibədə Aznavur vətəndaşı olduğu Fransanın keçmiş və indiki prezidentləri – Francois Hollande və Emmanuel Macron haqqında fikirlərini bildirib.

O deyib ki, Macron hələ gəncdir və ona işləməsi üçün imkan verilməlidir. Aznavur deyib ki, Macronu Ermənistana dəvət etmək niyyətindədir: “Bu səfəri elə təşkil etmək lazımdır ki, Ermənistan üçün faydalı olsun”.

93 yaşlı Şarl Aznavur konsertlər verməkdə davam edir. Belə konsertlərdən biri ötən həftə Parisdə olub.

XS
SM
MD
LG