Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

'Azərsu' ASC bahalaşmaya işarə vurur? 


"Azersu" şirkətinin yeni inzibatı binası, Bakı
"Azersu" şirkətinin yeni inzibatı binası, Bakı

“Azərsu” Açıq Səhimdar Cəmiyyəti (ASC) 2017-ci ili 508 milyon manat ziyanla başa vurduğunu açıqlayıb.
Bu barədə şirkətin saytında yer alan 2017-ci ilə dair hesabatında bildirilir.

Hesabata görə, su və kanalizasiya xidmətləri üzrə qiymətlər tam maya dəyərindən aşağıdır.

Sənəddə qeyd edilib ki, Maliyyə Nazirliyinin apardığı 2017-ci il üzrə gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.17 AZN təşkil edir:

“ Qrupun ( “Azərsu” ASC-nin törəmə müəsissəsi “Qrup”-R) 2017-ci il üzrə qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olub”
Hesabatda vurğulanır ki, 2017-ci ildə 1 kubmetr su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olub.

Azərbaycanda sonuncu dəfə su və kanalizasiya xidməti 2016-cı ilin mayında bahalaşıb.

XS
SM
MD
LG