Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Peyklə bağlı Dövlət Proqramı təsdiqlənib


Azerspace/Africasat-1a orbitə 2018-ci ildə çıxarılıb
Azerspace/Africasat-1a orbitə 2018-ci ildə çıxarılıb

Noyabrın 15-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə (ASC) Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, bu məsələlərlə bağlı prezidentə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Dövlət Proqramının məqsədləri

Söhbət peyk müşahidəsi xidmətlərindən müxtəlif sahələrdə istifadə etməklə ölkədəki sosial-iqtisadi və texnoloji inkişafın dəstəklənməsini təmin etməkdən gedir.

Bundan ötrü ilk növbədə “Azersky” və digər yüksək ayırdetməli məsafədən Yerin müşahidəsi peyklərinin resurslarından optimal istifadə edilməlidir. Eyni zamanda, müxtəlif sahələrdə iqtisadi dəyər yaradılması, kommersiya faydasının əldə edilməsindən ötrtü iqtisadi və texnoloji mühit formalaşdırılmalıdır.

Üstəlik, peyk təsvirlərindən istifadə etməklə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək verilməlidir.Habelə, elmi tədqiqatların səmərəliliyinin artırılması təmin edilməlidir.

Ən nəhayət, peyk təsvirlərinin emalı və satışı sahəsində ixrac potensialının genişləndirilməsi qarşıya məqsəd qoyulub.

Xatırlatma

"Azərkosmos" ASC 2011-ci ildə yaradılıb.

Bu qurumun bu günlər yayılan hesabatına görə, onun bu ilin əvvəlində toplam zərəri 308 milyon manata çatıb.

2018-ci il yanvarın 1-nə şirkətin cəmi öhdəlikləri 811 milyon manatdan çox olub.

“Azərkosmos” ASC Cənubi Qafqazda ilk peyk operatoru sayılır. Yaradılmasında məqsəd telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etməkdir.

“Azerspace-1” və “Azerspace-2” milli peykləri “Azərkosmos” ASC-nin idarəçiliyindədir. “Azerspace-2” peyki bu ilin sentyabrında orbitə buraxılıb.

Bu peyk Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edir. Onun dəyəri 190 milyon ABŞ dollarıdır. O, “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu oynayır.

Azərbaycanın birinci peykinin isə 233 milyon ABŞ dollarına başa gəldiyi açıqlanmışdı.

XS
SM
MD
LG