Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:22

“Azərinşaatservis” birdən yandı...


Milyonluq sifarişlərin qalibi olan şirkət necə iflasa uğradı?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Milyonluq sifarişlərin qalibi olan şirkət necə iflasa uğradı?

Azı 1 milyard 500 milyon dollarlıq müxtəlif dövlət sifarişlərini yerinə yetirmiş, A-dan Z-yə bütün növ xidmətləri öz texniki imkanları hesabına aparan “Azərinşaatservis” MMC bir ilin içində necə iflasa uğradı?

Şirkətin ofisləri bağlanıb, işçiləri məzuniyyətə göndərilib, bəzi layihələri yarımçıq qalıb. İşlədikləri müddətdə maaşlarını ala bilməyənlər çıxış yolunu etiraz aksiyası keçirməkdə görüblər. Bakı-Şamaxı və Masallı-Astara avtomobil yollarının tikintisində işləyən fəhlələr deyirlər ki, 5 aydır maaşlarını ala bilmirlər.

İKİ LAYİHƏYƏ 150 MİLYON...

Azı min nəfər işçinin bir qismi oktyabrın 13-də “Azəryolservis”in qarşısında etiraz aksiyası keçiriblər. Onlar Şamaxı və Masallı-Astara yollarının tikintisində işləyiblər.

Bakı-Şamaxı-Muğanlı yoluna Dünya Bankı 37 milyon 500 min manat ayırıb.

Masallı-Astara avtomobil yolunun 22-ci kilometrliyinə qədər çəkilməsinə Asiya İnkişaf bankı 108 milyon manat ayırıb.

Buna da bax: Türkmənistan Azərbaycandan nə öyrəndi...

“BİZ PULU VERMİŞİK”

Hər iki layihənin sifarişçisi “Azəryolservis”dir. Qalib gələn şirkət "Azərinşaatservis"dir. Maaşını ala bilməyənlər sifarişçi təşkilatın qapısını döyür. "Azəryolservis"dən isə deyirlər ki, onlar vəsaiti icraçı şirkətin balansına keçiriblər. Əmək haqlarının ödənilməməsində onlarlıq bir məsələ yoxdur:

“Biz sifarişçi kimi pulu icraçı şirkətin balansına keçirmişik. Əmək haqlarının ödənilməməsinin bizə aidiyyatı yoxdur”.

Son illər ölkə yollarının tikintisinə milyardlarla manat xərclənməsinə baxmayaraq, nəqliyyat infrastrukturu mediada tez-tez tənqid olunur.

Yolların çəkilməsinə həm Azərbaycanın dövlət büdcəsindən pullar xərclənib, həm də beynəlxalq maliyyə qurumlarından milyonlarla manat borc götürülüb.

“Azərinşaatservis”in tarixçəsi bir qədər dolaşıqdır. Yerli media yazır ki, bu şirkət nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olub. Sonradan beynəlxalq banka olan kredit borclarını ödəyə bilmədiyindən bankın keçmiş sədri Cahangir Hacıyevin nəzarətinə keçib. Amma beynəlxalq bank qalmaqalından sonra həbs olunan iş adamları arasında “Azərinşaat”ın rəhbərinin olduğu da deyilir.

Buna da bax: Azərbaycanda görünməmiş bank fırıldağı

“Azərinşaatservis"dən yalnız işçiləri narazı deyil. Bu şirkətə qarşı məhkəmə iddiası da var. İnter Texnik şirkəti “Azərinşaat”ı borcun ödənilməsi tələbi ilə məhkəməyə verib.

“Azərinşaatservis”in (994 12) 447 70 03 saylı telefonu ilə əlaqə saxladıqda belə cavab eşitdik:

“Yığdınız telefon nömrəsi xidmət haqqı ödənilmədiyi üçün bağlanılıb”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG