-
Bu ilin yanvar-may aylarında Azəri-Çıraq-Günəşli (AÇG) blokundan mənfəət neftinin satışı Dövlət Neft Fonduna (DNF-yə) 1 milyard 801 milyon dollar vəsait gətirib.
DNF bildirir ki, 2001-ci ildən 2016-cı il iyunun 1-dək AÇG blokundan mənfəət nefti satışından fonda daxilolma 118 milyard 869 milyon dollar olub.
2016-cı ildəDNF-nin AÇG-dən aylıq gəliri
Aylar |
Dövlətin AÇG-dən mənfəəti (mln $) |
Orta qiymət BTC, FOB Ceyhan ( $/bar) |
Yanvar |
442 |
32.33 |
Fevral |
348 |
33.43 |
Mart |
347 |
39.80 |
Aprel |
356 |
43.02 |
May |
308 |
48.11 |
Toplam |
1801 |
39.34 |
«Caspian Barrel» Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, ilin əvvəlindən bəri ixrac neftinin qiyməti hər ay artsa da, fondun AÇG-dən gəlirləri (aprel ayı istisna edilməklə) azalıb: «Mayda dövlətin mənfəəti 308 milyon dollar olub. Bu, yanvardakından 30.3% və ya 134 milyon dollar azdır. Halbuki 1 barrelin orta ixrac qiymətində fərq 16 dollardır. Demək, II rübdə AÇG-də hasilat həcmi azalıb».
«SON RÜBDƏ HASİLAT DAHA DA AZALACAQ»
İ.Şaban bildirir ki, I rübdə sutkalıq hasilat 651 min barrel olub: «Bəzi məlumatlara görə, son rübdə bu göstərici 620 min barrelə enəcək. Ötən il DNF-nin AÇG blokundan mənfəət nefti satışından gəlirləri 6.9 milyard dollar, Azərbaycan neftinin orta ixrac qiyməti 53 dollar olub. Fond AÇG blokundanən çox 2011-ci ildə gəlir götürüb – ayda 1.6 milyard dollar. 2015-ci ildə bu göstərici 580 milyona düşüb».
AÇG bloku üzrə saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Layihəyə qatılanlar bunlardır: BP (35.78%), Chevron – 11.27%, ExxonMobil (8.0006%), ONGC Videsh Limited (2.72%), Inpex (10.96%), Itochu (4.3%), SOCAR (11.65%), Statoil (8.56%), TPAO (6.75%).