Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Prezident ‘Azərenerji’yə 48 milyon manat ayırdı


Mingechevir Su Elektrik Stansiyası
Mingechevir Su Elektrik Stansiyası

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə (ASC) dövlət büdcəsindən 48 milyon manat ayrılıb.

Prezident İlham Əliyev bu gün, oktyabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bu sənəd “Azərbaycan” (Mingəçevir şəhərində yerləşir) İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə izah edilir.

Sənədə əsasən, prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə (ASC) nizamnamə kapitalının artırılmasından ötrü ilkin olaraq 48 milyon manat ayrılıb. Həmin vəsaitin ayrılmasının da “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi, zəruri avadanlıqların tədarük edilməsi məqsədi daşıdığı bildirilir.

Prezident Maliyyə Nazirliyinə maliyyələşməni təmin etməyi tapşırıb.

Xatırlatma

Bu il Mingəçevir İstilik Elektrik Stansiyasından (İES) bir neçə dəfə həyacanlı xəbərlər gəlib. İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş verdiyi bildirilirdi.

Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-ü səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib.

Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanıb.

Həmin qəzalar zamanı bəzi ekspertlər vurğulayırdılar ki, bu sektora böyük pullar xərclənib və həmin vəsaitlərdən səmərəli istifadə edilməyib.

“İndi sual olunur ki, elektrik enerjisi təsərrüfatına son 15 ildə 5 milyard dollar investisiya yatırılan olkədə bir mühəndis səviyyəsində adam olmayıb durub desin ki, enerjinin paylanması və avtomatik idarəedilmə infrastrukturunu da yaratmaq lazımdır”, deyə ekspertlərdən İlham Şaban sual edirdi.

XS
SM
MD
LG