Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:49

İş yox, azadlıq yox, korrupsiya çox...


İnsanlar Azərbaycandan niyə köçürlər?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

İnsanlar Azərbaycandan niyə köçürlər?

Azərbaycanı birdəfəlik tərk edənlərin çoxalması barədə sosial şəbəkəlrədə yazılanlar nə qədər doğrudur? Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkəni birdəfəlik tərk edənlərin sayı 2017-ci ildə təqribən 1900 nəfər olub.

Miqrasiya mütəxəssisi, hüquq müdafiəçisi Əlövsət Əliyev isə deyir ki, ölkədən gedənlərin sayı daha çoxdur. Onun sözlərinə görə, təkcə Almaniyaya ailə birləşməsi proqramı ilə gələnlərin sayı son üç ildə 20 mindən çoxdur.

“Təkcə Almaniyada, qaçqın statusu üçün müraciət edənlərin sayı 4700 nəfərdir... Başqa Avropa ölkələrini hələ demirəm…20 mindən çox azərbaycanlı hər il Almaniyaya ailə birləşməsi proqramı ilə gəlir. Hər il Azərbaycandan gedən həkimlərin sayı 1800-1900 nəfərdir”.

Azərbaycanlılar vətəndən niyə gedirlər?

Bakı sakini Ələkbər Musayev da deyir ki, indi onun əsas planı ölkədən köçməkdir. Deyir ki, bunun bir neçə səbəbi var. Məsələn, iki ixtisası olsa da, bunların heç birinə uyğun iş tapa bilmir. Üstəlik, Bakıda həyat tərzi, əyləncə həyatı da onu qane etmir. Pul yığıb Polşaya getməyi, orda təhsil almağı planlaşdırır. Deyir ki, təhsili xaricə köçmək üçün əsas çıxış yolu kimi görür, sonra iş tapıb orda qalmaq istəyir:

“İşçi vizası məni o qədər də qane etmir, uzağı gedib zavodda işləyəcəm. Ona görə də mənimçün daha perspektivli olan təhsillə bağlı getmək olar. Məqsədlərimə Polşa uyğun gəlir, çünki digər Avropa ölkələri daha bahadır. Universiteti də artıq araşdırmışam”.

Dövlət statistikasına görə, Ələkbər Musayev kimi, Azərbaycandan gedənlərin sayı 2014-cü ildən sıçrayışla, iki dəfəyə qədər artıb.

Statistika rəqəmlərinə görə, 2014-cü ildə belə şəxslərin sayı 800 nəfərə yaxın idisə, 2015-cu ildə 1500 nəfərdən bir qədər artıq olub. Həmin vaxt manatın devalvasiyalarının olduğu illərdir. Bundan başqa, həmin dövrdə vətəndaş cəmiyyətinin üzvləri onlara qarşı təzyiqlərin artdığını iddia edirdilər.

Hüquq müdafiəçisi Əlövsət Əliyev deyir ki, devalvasiyadan sonrakı illərdə də ölkədən axın davam edir:

“Səbəblərdən biri də korrupsiyadır. Sahibkarlar narazıdırlar, sərmayələrin başqa ölkələrə yatırırlar. Bundan başqa, əmək bazarı da adekvat deyil, insanlar özlərinə uyğun iş tapa bilmirlər. İnsan haqları və söz azadlığının məhdudlaşdırılması da miqrasiyanı stimullaşdırır”.

Hakimiyyət narahat deyil

Hakimiyyət rəsmiləri isə ölkədə korrupsiya hallarının olması barədə deyilənlərlə razılaşmırlar, ölkədə inkişafın davam etdiyini söyləyirlər.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Məmmədov ötən il AzadlıqRadiosuna demişdi ki, miqrasiya dünyanın hər yerində var və bu da normal haldır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyir ki, mühacirət edənlər artmayıb:

“Mən belə bir şey eşitməmişəm. Azərbaycandan da kütləvi axın yoxdur. Ölkədə belə çətinliklər də yoxdur. Həmişəki kimi Türkiyədə, Rusiyada çalışanlar var. Əvvəlki kimi ora gedənlər də var, qayıdanlar da var. Mən xüsusi belə bir halla rastlaşmamışam”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Xaricə köçənləri Azərbaycanda qane etməyən nədir?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Tənqidçilərin Azərbaycan hökumətinə təklifi əsasən budur ki, xaricə gedənlərin qayıtması üçün proqram hazırlansın, xüsusilə beyin axınının qarşısı alınsın, onların ölkəyə dönüb fayda verməsi stimullaşdırılsın. Hələlik hökumətin belə bir proqramı yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG