Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:28

'Azərbaycanın yolu…'-media icmalı


Azərbaycan parlamenti
Azərbaycan parlamenti

Azərbaycan hara gedir?

“ Yeni Müsavat” qəzetində “Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?” sərlövhəli yazı oxumaq olar.

Müəllifin yazmasına görə, Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illiyi xatirinə qeyd edilməlidir ki, indiki parlament 1918-1920-ci il parlamentinin varisidir. Amma yazıda vurğulanıb ki, varislər heç də həmişə sələfləri kimi olmur.

Müəllif hesab edir ki, ADR-in parlamentindən 30 ildir danışılır, söz söhbət bitmir.Yazıda vurğulandığına görə, indiki parlament isə yalnız ildə bir dəfə büdcə müzakirələri zamanı diqqət çəkir.
Müəllif qeyd edib ki, bu günlər pralamentdə uşaq pulları ilə bağlı təkilflər səslənib və Azərbaycan Belarusla müqayisə edilib.

Yazıda bildirildiyinə görə, amma onlara dərhal “irad” tutulub ki, Azərbaycanı Belarusla müqayisə etmək lazım deyil.

“Guya, demoqrafik vəziyyətlər tamamilə fərqlidir - bəli, bax, beləcə də dedilər”, deyə qeyd edən müəllif daha sonra da yazıb:

“Amma demədilər ki, özümüzü cəmi bir neçə il bundan əvvəl bizə 150 milyon dollara görə əl açan Belarusla da müqayisə edə bilmiriksə, onda bütün bu söz - söhbət daha nəyə lazımdır?..”

Müəllif daha sonra da birbaşa sərlövhəyə çıxarılan sula keçir:

“O ki qaldı bizi hansı ölkələlərlə müqayisə etməyə, bunu düşünəndə şəxsən bizim ürəyimiz sızıldayır. Bilirsinizmi niyə? Uzun müddət bizə təlqin edildi ki, gənc Azərbaycan dövlətini Avropa ilə müqayisə etmək və “Oradakılardan burada niyə yoxdur?” –deyə gileylənmək lazım deyil, çünki biz gənc dövlətik, baxmayaraq ki, aparıcı məmurlarımız bəlkə də dünyanın ən yaşlı dövlət qulluqçularıdır…”

Müəllif yazıb ki, Azərbaycan indi nəinki Qərb, hətta bir sıra neft ölkələri ilə də müqayisəyə edilmir.. Yazı bu sualla da başa çatır:

“Elə ona görə də yazının nəticəsi artıq sizlikdir, əziz və hörmətli oxucular, ən əsası da, çox hörmətli seyrçilər! İndi özünüz tapın: biz hara gedirik və necə gedirik?...”

“ Ayı bazarı”

Bakı, 19 iyun 2015
Bakı, 19 iyun 2015

“ Marja.az” saytında “Neft “ ayı bazarı”nda” sərlövhəli yazı yer alır.

Yazı Azərbaycan vətəndaşlarını yaxından maraqlandıran ( Azərbaycan büdcəsinin yarıdan çoxu neftdən gələn vəsaitlərdən formalaşır-r) bir mövzuya neftin qeymətində son günlər baş verən ucuzlaşmaya həsr edilib.

Müəllif yazıb ki, neftin qiymətləri “ayı bazar”na daxil olub:
“"Ayı bazarı" ifadəsi, əsasən bazarların bədbin vəziyyətdə olduğu, qiymətlərin uzun bir müddət azalma trendində olduğu hallarda istifadə edilir. Bir məhsulun "ayı bazarı"na girdiyini söyləmək üçün qiymətin əvvəlki yüksək səviyyəsindən azı 20 faiz aşağı düşməsi lazımdır”

Yazıda vurğulanıb ki, oktyabrın əvvəlindən bəri Brent nefti təxminən 20 faiz ucuzlaşıb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.
Müəllif yazının sonunda da neftin ucuzmasının səbəblərinə toxunmağa çalışır:

“İranın neft ixracına daha sərt sanksiyanın tətbiq edilməməsi (8 ölkəyə İrandan neft almağa möhlət verilib), ABŞ-da neft hasilatının və ehtiyyatlarının artması, ABŞ və Çİn arasında ticarət münaqişəsinin qlobal iqtisadi artımı ləngidəcəyi və bunun nəticəsində neftə təlabatın azalacağının gözlənilməsi qiymətlərin aşağı düşməsilə nəticələnir”

Almaniyada AXC-yə həsr edilən sərgi

Azərbaycan Nazirlər Kabineti, dekabr 1919
Azərbaycan Nazirlər Kabineti, dekabr 1919

“Azərbaycan” qəzetində isə “Heydər Əliyev Fondu Azərbaycanı Almaniyada layiqincə təbliğ edir” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Heydər Əliyev Fondu Azərbaycanın Almaniyadakı səfirliyi Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi təşkil edib

Yazıda bildirilir ki, Fond, səfrilik təmsilçiləri ilə yanaşı Almaniya parlamentinin, hökumətinin, beynəlxalq qurumların və ictimai-siyasi dairələrin təmsilçiləri də Cümhuriyyət tarixinə dair sərgi ilə tanış olublar.

Müəllifin qeyd etməsinə görə, səfir Ramin Həsənov çıxışında deyib ki, bu günkü Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Onun fikrincə, ölkənin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlər Xalq Cümhuriyyətindən miras qalıb.
Yazıda bildirildiyinə görə, səfri habelə iki xalq arasında münasibətlərin 200 illik tarixinə toxunaraq, elmi, mədəni və humanitar sahədə mövcud əməkdaşlıqdan danışıb:

“Buna nümunə olaraq, Azərbaycanda alman irsinin təşviq olunmasını, Almaniyada azərbaycanlı gənclərin təhsil almasını, Bakıda Göte İnstitutunun açılmasını, Bakı və Mayns, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında mövcud olan "qardaşlaşma”ları qeyd edib”, yazıda vurğulanır.

Yazıda bildirildiyinə görə, səfir daha sonra Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin ədalətli və beynəlxalq hüquqa söykənən həllini dəstəklədiyini bildirib”

Yazıda qeyd edilməsinə görə, tədbirdə çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG