Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:16

'Biz də gərək 99 il əvvəlki kimi parlamentli Respublika qurardıq' [video]


Cümhuriyyət qurucularının hansı idealları gerçək olmadı?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Cümhuriyyət qurucularının hansı idealları gerçək olmadı? [A-Live]

Azərbaycan Cümhuriyyətinin yaradılmasından 99 il keçir. 1918-ci ilin mayın 28-də yaradılmış cümhuriyyət iki il sonra Sovet qoşunlarının müdaxiləsi ilə süquta uğradı.

Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə, imperiyanın süqutundan sonra qovuşdu.

2-ci respublika 1-cinin ənənələrinə nə qədər sadiq varisdir, nə ilə fərqlənir, nə ilə eynidir?

Təhlilçilər bu iki dövlətin ən mühüm ortaq cəhətinin, rəsmi olaraq demokratiyanı əsas hədəf qoymasının üzərində dayanırlar.

Buna da bax:​ Prezident 'Cümhuriyyət sərəncamı' imzaladı, ancaq...

Özünü Azərbaycan Cümhuriyyətinin ideyalarının davamçısı sayan, müxalif ReAl Hərəkatının İdarə heyətinin üzvü, Azər Qasımlı hesab edir ki, indikindən fərqli olaraq 1-ci respublikanın mahiyyəti də demokratik idi.

Azər Qasımlı
Azər Qasımlı

"Reallıqda təəssüf ki, Azərbaycan Respublikası cümhuriyyət deyil. Xüsusilə son referendumdan sonra hakimiyyət bir şəxsin əlində uzun müddətə cəmləşib. Reallıqda cümhuriyyət dünyada köçüb".

Azər Qasımlı deyir ki, indiki hakimiyyətdən fərqli olaraq, cümhuriyyətdə hökumətlər tez-tez dəyişirdi.

Buna da bax:​ 'Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib'

O başqa bir fərqə diqqəti çəkir, deyir ki, Cümhuriyyət parlament respublikası idi, indiki Azərbaycan isə prezident üsul-idarəsidir. Azər Qasımlının fikrincə, Azərbaycanda Milli Məclis öz parlament funksiyasından daha çox prezident Administrasiyasının notarial ofisi rolunu oynayır:

"ADR-in parlamenti daha demokratik, daha rəngarəng idi. Biz də gərək müstəqillik bərpa olunandan sonra parlamentli respublika qurardıq".

Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü Cəbi Bəhramov isə bu deyilənlərlə razılaşmır, bildirir ki, ölkədə referendumda da, prezident üsul idarəsinin müəyyənləşməsində də xalqın iradəsi nəzərə alınıb:

Buna da bax:​ 'Deyə bilmərik ki, Azərbaycan Cümhuriyyəti demokratiyanın ən bariz nümunəsi idi'

Cəbi Bayramov
Cəbi Bayramov

“İndiki müasir dövrdə demokratiya oyunu Qərb dövlətlərinin müsəlman dünyasına qarşı etdiyi cinayətlər üçün bir pərdədir. Biz özümüz seçirik hansı dövlət quruluşu bizim üçün qəbuldur. Biz özümüz seçirik, necə yaşayırıq və kimi seçirik. Bizə heç kimin dərsi lazım deyil. Əgər elədirsə, niyə ABŞ heç bir səbəb olmadan İraqa müdaxilə edib, o dövlətin başçısını devirdi. Bu xalq onu seçmişdi, onun üçün idi.

Yaxud indi Rusiya ilə birlikdə burnunu soxub Suriyaya. Onların orda nə işi var. Xalq özü bilər kimi seçər. Bizim seçimimiz xalqın seçimidir”.

Cəbi Bəhrəmov hesab edir ki, 2-ci respublika 1-ci respublikanın uğurlu varisidir, demokratik quruluşdur.

Biz Bakı sakinlərini də müzakirəyə qatmışıq. Gəlin onların fikirlərini izləyək:

ADR-in hansı ideyaları yaşamadı?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Müasir Azərbaycan Respublikasında demokratiyanın durumu beynəlxalq hesabatlarda da tənqid olunur. Hakimiyyət rəsmiləri bununla razılaşmır.

Buna da bax:

Dərsliklərdə Cümhuriyyət haqda məlumatlar ildən-ilə azalır
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Buna da bax:

Rəsulzadənin tikdiyi bayraq Bakıda
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Buna da bax:

Rəsulzadənin nəvəsi: 'Tarixi dəyişmək mümkün deyil'
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG