Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 20:45

Azərbaycanın hərbi maşını snayperlə vurulub


Snayperlə vurulduğu bildirilən hərbi maşın, 27 iyul 2019

Azərbaycan-Ermənistan sərhəddində yerləşən Azərbaycanın sərhəd mövqelərinə qarşı təxribat törədildiyi bildirilir.

Bu barədə iyulun 27-də Azərbaycn Dövlət Sərhəd Xidməti (DSX) açıqlama yayıb.

Açiqlamada vurğulanır ki, qarşı tərəfin snayperləri Azərbaycanın mövqelərinin arxa istiqa­mətdə hərəkətdə olan “Ka­maz” markalı hərbi yük maşını atəşə tutublar, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

DSX qeyd edir ki, Azərbaycan da buna cavab verib.

Dövlət Sərhəd Xidməti iyulun 18-də isə bildirirdi ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu ölkənin Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimini pozublar. Məlumatda habelə vurğulanırdı ki, hadisə zamanı Sərhəd Qoşunlarının «Qazax» sərhəd dəstəsində xidmət edən əsgər Ceyhun Bayramov yaralanıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətl

Günün bütün mövzuları

XS
SM
MD
LG