Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 21:58

Azərbaycanın «Eurovision» təmsilçisi bəlli oldu


Səmra Rəhimli
Səmra Rəhimli

-

Martın 10-da Azərbaycanı builki «Eurovision» mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

İTV-nin yaydığı xəbərə görə, münsiflər heyəti yarışda Azərbaycanı Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, mahnı müsabiqəsində «Miracle» mahnısını ifa edəcək.

Səmra Rəhimli «O səs Azərbaycan» musiqi yarışmasının qalibidir.

«Eurovision-2016»nın birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də İsveçin paytaxtı Stokholmda keçiriləcək. Azərbaycan birinci yarımfinalda çıxış edəcək.

XS
SM
MD
LG