Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Bakıdan gələnlər bizdən mal almırlar İrana üz tuturlar


Astara gömrük keçid məntəqəsi, sentyabr 2018
Astara gömrük keçid məntəqəsi, sentyabr 2018

“Gömrük 5 aydır ki, 24 saatlıq iş rejiminə keçib. Günün istənilən vaxtı İrana gedib-gəlmək olur ”

Astara sərhəd keçid məntəqəsi-nin önündə duran nəzarətçi belə deyir. Onun sözlərinə görə, insanların çoxu alış-veriş məqsədi ilə gedir:

“Gün ərzində İrana min nəfərdən çox adam keçir.Çoxu bazarlıq məqsədi ilə gedir.”

Pulumuz orda gündən-günə bahalaşır

Azərbaycan manatı
Azərbaycan manatı

İranın milli valyutası gündən-günə ucuzlaşır. Oradan yeni qayıdan Astara rayonun Ərçivan kənd sakini Faıq Dadaşoğlu-nun sözlərinə görə, İran bazarı Azərbaycan vətəndaşlarına əlverişli olub:

“Bizdə kərə yağı 15-18 manatadır. İranda 3 kilo kərə yağı aldım 18 manat verdim. Pulumuz orda gündən-günə bahalaşır. Ona görə çox şey ala bilirik. Bizim camaat orya dolanmaq üçün gedir. Hərə nə isə oradan gətirir, burada satır, 5-6 manat pul qazanır. Müalicəyə gedənlər də var. Amma onlar azdır. Görürsənmi, gündə bu tərəfə 1-2 iranlı geçə, ya da keçməyə. Novruz bayramında gəlirlər. Qalan günlərdə az gəlirlər. Bir yerə getsən, gərək pul xərcləyəsən. Hardandır pul? Ucuz başa gəldiyi üçün biz oradan mal gətiririk. İranlı burdan nə aparsın? Bizdə bahadır ona görə...”

“ Onların körpüdə duran əsgərləri...”

Astara şəhər sakini Çingiz Məmmədov əlində tutduğu bağlamanı bizə göstərir:

“Özümlə 30 manat aparmışdım, görün nə qədər mal almışam. Bu ayaqqabı bizdə 35-40 manatadır, orda isə 13 manata almışam. Konfetin bir kiloqramına 1 manat vermişəm. Alt paltar dəsti almışam 1 manat 50 qəpiyə. Bizim üçün ucuzluqdur. Ərzaqa icazə verilmir. Bununla bağlı həm Azərbycan, həm də İran tərəfi xəbərdarlıq edir. Gömrüyün divarlarında qadağan edilmiş ərzaq məhsullarının və digər malların siyahısı vurulub. İran gömrüyü mal buraxır, ancaq onların körpüdə duran əsgərləri malların müəyyən hissəsini əlmizdən alırlar. Heç bir qəbz vermirlər. Gedən çoxdur, adam əziyyət çəkir.”

Astara gömrük keçid postunun qarşısı
Astara gömrük keçid postunun qarşısı

​İrana gedənlərin əsasən əlləri boş olur. Gələnlər isə əllərində bağlamalarla geri qayıdırlar. İrandan qayıdan qadınlar çıxış qapısında yükləri bir yerə toplayıb, ucadan aldıqları malları və onların qiymətləri barədə danışırdılar:

”Evim üçün də bazarlıq etmişəm. Satmaq üçün də bəzi şeylər var.Hamısına qəpik- quruş vermişəm.”

Sərhədyanı ticarətlə məşğul olan Əziz adlı bir şəxs isə deyir ki, Azərbaycan Astarasında alver azalıb:

“Azərbaycanın bütün bölgələrindən gəlirlər. Astara-Ələt yolu da açılıb. Çox rahatlıqla Astaraya gəlmək olur. Bakıdan buraya 3-4 saatlıq yoldur. Gələnlər bazarlığı İranda edirlər. Gömrük gecə-cündüz işləyir. Mallarımıza yaxın duran yoxdur. Gündə bir nəfər mağazaya girsə sevinərik. Bazarımız zəifləyib. Mağazalar bağlanır.”

Azərbaycan-İran yolunda qatar
Azərbaycan-İran yolunda qatar

​Sürücülər işsiz qalıb

“İrandan yük daşıyan maşınların sayı yarıbayarı azalıb.”

Bu sözləri isə bir yük maşının sürücüsü deyir:
“İrana dəmir yolu çəkilib.Yüklər dəmir yolu vasitəsi ilə İrana daşınır. Burda yüzlərlə sürücü evinə çörək aparırdı. Kimin adamı var ona yük verirlər.Yük azdır. Günlərlə burda yük gözləyirik.”

İran birtərəfli qaydada Azərbaycan vətəndaşlarıına vizanı ləğv edib. İranlılar isə Azərbaycana gələrkən viza almalı olurlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG