Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:09

Azərbaycandan Ermənistanın müdafiə nazirinə cavab


İşğal altında olan Ağdam şəhərindən görüntü
İşğal altında olan Ağdam şəhərindən görüntü

Martın 30-da Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan müdafiə naziri David Tonoyanın Nyu - Yorkda erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə reaksiya verib və həmin fikirlərə aydınlıq gətirlməsini istəyib.

"Ermənistan müdafiə naziri D.Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır".

Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi

Bəyanatda vurğulanır ki, Vyanadakı sülh danışıqlarından dərhal sonra Ermənistan müdafiə naziri belə bir çıxış etməklə münaqişənin sülh yolu ilə həllinə qarşı çıxır.

"Ermənistan Baş nazirinin Vyanada Azərbaycan dövlət başçısı ilə görüşü nəticəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması və sülh mühitinin yaradılması ilə bağlı qəbul edilən birgə bəyanatdan dərhal sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə və bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır".

İlham Əliyev və Nikol Pashinian, Vyana, 29 mart 2019
İlham Əliyev və Nikol Pashinian, Vyana, 29 mart 2019

​...Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır

Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında daha sonra deyilir :

"Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır".

​Nazirlik bildirir ki, Azərbaycanın tələbi Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır.

"Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil. Azərbaycanın tələbi BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəsətəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır və bundan ən yaxşı xəbərdar olan elə məhz Ermənistandır."

Ermənistanın müdafiə naziri David Tonoian, Moskva, 8 fevral 2019
Ermənistanın müdafiə naziri David Tonoian, Moskva, 8 fevral 2019

​"Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa...?"

Bəyanatın sonunda Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyindən bir məsələyə də aydınlıq gətirlməsini istəyir.

"Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu Nazirinən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?"

Xatırlatma

İşğal altında olan Ağdam şəhərindən görüntü
İşğal altında olan Ağdam şəhərindən görüntü

Qarabağ problemi ilə bağlı Azərbaycan və Ermənistan arasında münaqişə var. Bu münaqişə 1988-ci ildə Ermənistanın ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG