Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:25

Müəllimlərin işə qəbuluna başlanılır


arxiv foto
arxiv foto

İyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbuluna start veriləcək.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, elektron sənəd qəbulu bir həftə, iyulun 8-dək davam edəcək.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, diplom almış, yaxud xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınınan vətəndaşlar, Azərbaycanda daimi yaşamaqdan ötrü icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu 4 mərhələdən ibarət olacaq. İlkin mərhələdə müraciət edənlərin göstəriciləri qiymətləndiriləcək. Daha sonra test imtahanı keçiriləcək. Vakant yerlərin seçilməsi mərhələsindən sonra isə müsahibə olacaq.

Test imtahanlarının iyul ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Namizədlər imtahanda ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid sualları cavab verməli olacaqlar.

Bu mərhələdə keçid balını (hələlik, açıqlanmayıb) toplayan namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir. Onlar növbəti tədris ilində keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

XS
SM
MD
LG