Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

17 noyabr –Milli Dirçəliş günüdür


Bakıda mitinq, 6 sentyabr 1989
Bakıda mitinq, 6 sentyabr 1989

17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür. 1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında ErmənistanınQarabağla bağlı Azərbaycana ərazi iddialarına və SSRİ rəhbərliyinin qızışdırıcı siyasətinə etiraz olaraq mitinqlər başlayıb.

O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

XS
SM
MD
LG