Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:05

Martın 15-də 6 nəfərdə koronavirus aşkarlanıb-yenilənib


arxiv foto
arxiv foto

Martın 15-də Azərbaycanda daha 2 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.Məlumatda qeyd edilir ki, Azərbaycanda 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmıb. “Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.”,açıqlamada yazılıb.

Bundan əvvəl, günün birinci yarısında Azərbaycanda daha 4 nəfərdə koronavirusun aşkarlandığı resmi olaraq açıqlanmışdı.Bununla da bu vaxta qədər ölkədə rəsmi şəkildə koronovursun aşkarlandığı şəxslərin sayı 25-ə çatıb.Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

***

Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandığı bildirilir.
Bu barədə bu gün, martın 15-də Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.

Operativ qərargahdan yayılan məlumatda bildirilir ki, Azərbaycanda 4 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.“ Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”,qurum bildirir.

Üç gün əvvəl, martin 12-də Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanıb. Bu virusa Azərbaycanda yoluxanların sayının 23-ə çatdığı bildirilir.

İranla sərhəddə 2183 nəfər müayindən keçib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, koronavirusun (COVİD-19) yayılmasını önləmək məqsədilə İran ilə sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılan qəbul-çeşidləmə məntəqələrinin fəaliyyəti davam etdirilir.

Nazirlik qeyd edir ki, martın 15-nə olan məlumata əsasən, həmin məntəqələrdə Azərbaycan ərazisinə keçən ümumilikdə 2183 nəfər (670 nəfər Azərbaycan , 336 nəfər Rusiya, 1168 nəfər İran, 3 nəfər Gürcüstan, 3 nəfər Belarus və hər birindən 1 nəfər olmaqla Türkiyə, Pakistan İslam Respublikası və Almaniya vətəndaşları) müayinədən keçirilib: “Bunlardan Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 1182, Biləsuvar məntəqəsi üzrə 1001 nəfər müayinədən keçirilib. Müayinədən keçənlərdən cəmi 27 nəfərdə,... şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib. Hazırda Biləsuvar qəbul-çeşidləmə məntəqəsində heç bir şübhəli göstərici aşkarlanmamış 73 nəfər karantin şəraitində müvəqqəti saxlanılır ki, onların da vəziyyətlərində hansısa mənfi tendensiya müşahidə edilmir. Həmçinin, Astara rayonu üzrə 22 nəfər, Biləsuvar rayonu üzrə 15 nəfər olmaqla cəmi 37 nəfər öz istəklərinə uyğun olaraq xüsusi ayrılmış yerli xəstəxanada karantin şəraitində müvəqqəti qalır”

Üç gün əvvəl, martin 12-də Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanıb. Bu virusa Azərbaycanda yoluxanların sayının 23-ə çatdığı bildirilir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.Bu müddət, sonra da daha 2 həftə uzadılıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.

Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri bu gün, martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb.Dünən, martın 14-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanmışdı.

Hazırda əsasən İran və İtaliyadan qayıdan bir çox şəxslərin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 5 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG