Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:29

Bakıda birinci kateqoriyalı obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub -YENİLƏNİR


Bakıda elektrik enejisininin verilməsi bərpa edilib, 3 iyul 2018
Bakıda elektrik enejisininin verilməsi bərpa edilib, 3 iyul 2018

"Bakı şəhəri üzrə birinci kateqoriyalı obyektlər- xəstəxanalar, Bakı Metropoliteni, Heydər Əliyev Beynəlxalq Hava Limanı, su və kanalizasiya sistemi, hərbi hissələr və dövlət əhəmiyyətli digər obyektlərə elektrik enerjisinin verilişi tam bərpa olunub".

Bunu APA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, digər ərazilərdə də "Azərişıq" hazır vəziyyətdə sistemdə elektrik enerjisinin təminatını gözləyir.

***

Artıq Bakının Yasamal, Nəsimi, Xətai, Binəqədi, Səbayel, Xəzər, Sabunçu rayonlarına, həmçinin, Xırdalan şəhərinə elektrik enerjinin verilişi bərpa olunub.

Bunu APA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

***

"Heydər Əliyev Beynəlxalq Hava Limanına və Bakı Metropoliteninə elektrik enerjisinin verilişi bərpa olunub"

Bunu APA-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, artıq Bakının əksər rayonlarına, həmçinin Sumqayıt və Xırdalan şəhərlərinə, eyni zamanda ölkənin şimal və qərb rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub.

***

Prezidentin mətbuat xidmətinin məlumatı

"İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır. Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir".

***
Hazırda Mingəçevir İES-də vəziyyət nəzarət altındadır

FHN-dən APA-ya verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”,deyə FHN rəsmisi bildirib.

Xəbərdə vurğulanır ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib və bir neçə saat ərzində bütün ölkə üzrə elektrik enerjisinin verilməsi gözlənilir.

***

Bakı da daxil olmaqla Azərbaycanın bir çox bölgələrində elektrikenejisi kəsilib, 3 iyul 018
Bakı da daxil olmaqla Azərbaycanın bir çox bölgələrində elektrikenejisi kəsilib, 3 iyul 018

Realtv.az artıq bəzi rayonlarda elektrik enerjisinin verilməsi bərpa olunub. Xəbərdə bunun Rusiyadan paralel enerji mübadiləsi ilə baş tutduğu qeyd edilir.

"Azərbaycanın qərb rayonlarında elektrik enerjisinin verilişi bərpa olunub. Bu barədə REAL-a Azərenerji QSC-dən məlumat verilib. Məlumata görə, strateji əhəmiyyətə malik Mingəçevir şəhərində də elekttrik enerjisinin verilişindəki fasilə aradan qalxıb. Ən qısa zamanda Bakı və ətraf bölgələr də elektrik enerjisi ilə təmin olunacaq. Çünki Rusiya ilə paralel enerji mübadiləsi baş tutub. "

Sayt yazır ki, "Azərenerji-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının Real TV-yə açıqlamasında deyib ki, yanğına səbəb havaların ifrat isti keçməsi olub. Beləki, soyutma sistemlərində yüklənmə yaranıb və buna görə də blokların biri sıradan çıxı".

Yahya Babanlı əlavə edib ki, hadisə bir neçə yüksək gərginlikli elektrik xətti ilə birləşən yarımstansiyada baş verdiyindən bərpası uzun çəkə bilər.

***

"Report"un Şirvan bürosu xəbər verir ki, baş vermiş partlayış və ardınca başlayan yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub.

Hadisə bloklardan birində baş verib. Qəza yerinə təcili tibbi yarım xidməti əməkdaşları da gedib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

***

İyulun 3-ü gecə saatlarında paytaxt Bakı da daxil olmaqla Azərbaycanın bir çox rayonlarında elektrik enerjisi kəsilib. Hələki hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

APA-nın yazdığına görə, Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. APA-nın iyulun 3-də gecə saat 1-də yaydığı məlumata görə yanğın hələ də davam edir.

Fövqəladə Hallar Nazirliyin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.
Hadisənin səbəbi hələlik məlum deyil. Hadisə ölkənin əksər rayonlarında elektrik enerjisinin kəsiməsinə səbəb olub.
„Yeni Müsavat“ qəzeti yazır ki, „işıqların sönməsindən 2 dəqiqə sonra onlar Azerenerjinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə zəng ediblər.
„ Lakin o da hadisənin baş vermə səbəbi barədə məlumatlı olmayıb. ''Kəsinti indicə baş verdi, səsəbi dəqiqləşdirib, mediaya açıqlama verəcəm''. Daha sonra onun telefonuna zəng çatmayıb.

Qəzet yazır ki, Elektrik enerjisinin kəsilməsindən 15 dəqiqə sonra Mingəçevir şəhər icra hakimiyyətindən açılqlama almaq mümkün olub.

„İHB rəsmisi musavat.com-a deyib ki, Mingəçevir SES bloklarından birində problem yaranıb. Ona görə də bütün ölkəyə elektrik enerjisinin verilməsində fasilə baş verib . Hazırda qəzanın nəticəsini aradan qaldırmaq üçün çalışmalar başlanıb“.

„Yeni Müsavat “ vurğulayır ki, „İcra Hakimiyyəti rəsmisinin açıqlamasında ən mühüm detal isə budur - ''BUNUN TEXNİKİ PROBLEM OLUB, OLMADIĞI HƏLƏLİK BİLİNMİR ''.​
„Report.az“ da iyulin 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verdiyini yazır.

„“Report” Şirvan bürosu xəbər verir ki, ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb. "Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır. Bunu "Report"a "Azərişıq"ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib“-deyə Reporta.azn bildirir.

„Report.az“ vurğulayır ki, hazlrda Azərbaycan qonşu ölkələrdən elektrik enerjisinin alınmasına çalışır.
„Bildirilir ki, "Azərenerji" ASC hazırda Gürcüstan və ya Rusiyadan enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsinə çalışır.“

XS
SM
MD
LG