Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:19

Azərbaycanda ilk LGBT jurnalı


Azərbaycanda ilk LGBT jurnal fəaliyyətə başlayıb
Azərbaycanda ilk LGBT jurnal fəaliyyətə başlayıb

-

Azərbaycanda ilk LGBT (Lezbian, Gey, Biseksual, Transseksual) jurnalı olan “Minority” fəaliyyətə başlayıb. Jurnal hələ ki, onlayn formada fəaliyyət göstərir.

Jurnalın redaktoru Səməd İsmayılzadə deyir ki, Azərbaycanda ilk LGBT jurnalının fəaliyyətə başlaması çoxları üçün gözlənilməz olub:

“Birinin bu haqda düşünməsi çox da gözlənilən deyildi. Çünki ölkədə və cəmiyyət arasında bu mövzuya birmənalı yanaşılmamaqla bərabər insanlar bunu uca səslə danışmağa belə cürət etmirlər. Əminəm ki, bu jurnalı əgər mən hazırlamasaydım, çox yaxın bir zaman kəsiyində kimsə edəcəkdi. Ümumilikdə, jurnalın başdan-ayağa LGBT mövzusuna həsr olunması və məhz Azərbaycan dilində olması həm maraqlı, həm də ilkdir. Cəmiyyətdə bu sahədə bir boşluq var və onun intellektual, kreativ və sülhpərvər informasiya ilə dolması mütləqdir. Lakin asan olacağını desəm, qeyri- adekvat səslənər”.

S. İsmayılzadə bildirir ki, o və jurnalın yaradıcı heyəti əllərindən gələni edəcək ki, insanlar LGBT fərdlərinə alternativ yanaşma və tanıma şanslarından yararlansınlar.

LGTB ölkədə hüquq və azadlıqlarının zaman-zaman pozulmasından, onlara cəmiyyətin dözümlü yanaşmamasından şikayətlənir.

XS
SM
MD
LG