Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:30

Rəhman Bədəlov: ‘Ölkədə dəhşətli kişi problemi var…’


Azərbaycan hərbi təlimlərə başladı, Paşinyan Qarabağa getdi
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Azərbaycan hərbi təlimlərə başladı, Paşinyan Qarabağa getdi

Martın 8-i Bakıda feminist qadınların yürüşü bu mövzunu yenidən gündəmə gətirdi.

Feministlər bayram günü gül-çiçək yox, qadınlara qarşı zorakılığın dayandırılmasını, qadınlara bərabər hüquqlar tələb etdilər. Amma onlar elə bu aksiyada da zorakılıqla qarşılaşdılar.

Hüquq müdafiəçiləri arasında belə deyənlər var ki, Azərbaycanda qadınlar ailədaxili münaqişələrə məruz qalır, erkən yaşda zorla ərə verilir, hökumətin idarə olunmasında yer almır.

8 Martda qadın aksiyaçılara hücum çəkən 'sıravi vətəndaşlar' (Geniş reportaj)
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

8 Mart aksiyasında iştirak etmiş feminist fəal Aygül Cəfərova deyir ki, müstəqil Azərbaycanda qadınlar üçün bərabərlik tələb edən feministlər son bir ildir ki, təşkilatlanmağa başlayıblar, üzvləri əsasən qadınlar olsa da, kişi feministlər də var.

Aygül Cəfərova deyir ki, ölkədə ümumən onların fəaliyyətinə münasibət birmənalı deyil:

“Dəstək olanlar da var bizə. Bəziləri isə feminizmi kişilərə qarşı olan bir hərəkat kimi görür, kişilərin düşməni kimi göstərirlər. Əslində isə feminizm kişi düşmənliyi deyil, bizə sadəcə olaraq bu cəmiyyətdə kişilərlə eyni hüquqa malik olmaq istəyirik”.

"Etiraza görə kişilərdən ibarət olan dövlətdən icazə alası deyildik"

Bakıda müasir feministlərin liderlərindən biri Nisə Hacıyeva öz Facebook hesabında qadın yürüşü ilə bağlı yazır:

“Zatən qadınlarımızın hər hərəkətinə görə atadan, qardaşdan, ərdən biz sözlə kişidən icazə istəmələrinə görə biz etiraz edirdik. Kişilərdən icazəsiz hərəkət etdikləri üçün döyülməyə, öldürülməyə məruz qaldıqları üçün etiraz edirdik. Və bu etiraza görə kişilərdən ibarət olan dövlətdən icazə alası deyildik”.

Azərbaycan hökuməti nəinki feministlərin, bütün etiraz qruplarının küçə nümayişlərinə məhdudiyyət yaratdığına görə qınanır.

Feminist fəal, kulturoloq Rəhman Bədəlov isə deyir ki, feminizmə yol vermək zəruridir, çünki dünya kişi böhranı yaşayır. Feminist, “Kişilər və Qadınlar” kitabının müəllifi deyir ki, yeni fəallaşmağa başlayan Azərbaycan feministlərinin işi çətindir. Çünki həm Azərbaycan insanı mühafizəkardır, həm də Azərbaycan hökuməti.

Kişi dünyası ölür

Rəhman Bədəlov deyir ki, kişilərin və qadınların üzərinə cəmiyyətin qoyduğu məsuliyyətlər mədəniyyətlərlə bağlıdır, təbiətlə bağlı deyil, odur ki, kişi və qadın bu yüklənmiş funksiyaları icra edə bilməyəndə gözləntilər doğrulmur, qarşıdurma yaranır, kişi və qadın bir-birini dağıdır. Rəhman Bədəlov deyir ki, dünya yavaş-yavaş kişilərin üzərindəki sosial yükü götürür, Azərbaycanın da başqa yolu yoxdur:

“Kişi dünyası ölür və dəyişəcək. Müəyyən dərəcədə də artıq ölüb. Bizdə də mən görürəm ki, qadın problemindən daha çox kişi problemidir. Ölkədə dəhşətli kişi problemi var. Kişi intiharları onu göstərir ki, kişi dünyası, kişi gözü ilə baxan dünya kişilər üçün daha təhlükəlidir. Mən hətta deyirəm ki, Azərbaycanda kişiləri müdafiə edən qadın hərakatları başlamalıdır.

Azərbaycanda feministlərin toxunduğu bir məqam da qadınların hakimiyyətdə təmsil olunmasıdır.

Nazirlər olmasa da, Azərbaycanda bəzi komitə sədrləri qadınlardır.

İki il əvvəl president İlham Əliyev öz xanımı Mehriban Əliyevanı 1-ci vise-prezident təyin etdi.

Tənqidçilər isə bu təyinatı qadının hakimiyyətə gətirilməsindən daha çox ailə hakimiyyətinin möhkəmlənməsi kimi şərh etdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG