Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyun, şənbə, Bakı vaxtı 11:37

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb


Azərbaycanda karantin, 29 mart 2020

Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə bu gün, martın 29-da Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Məlumatda qeyd edilib ki, həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir,digərlərinin səhhəti isəstabildir. “Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur”,deyə qərargah vurğulayıb.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 209 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 4 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 32 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.Bu gün, martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb.Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərir.

XS
SM
MD
LG