Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:59

Azərbaycan biznes qurmağa görə axırdan 2-ci yerdədir


Biznes

Avropa Palatası – «EuCham» bu il Biznes üçün ən yaxşı Avropa ölkələrinin siyahısını açıqlayıb.

46 ölkənin iqtisadi mühiti araşdırılıb. Hər bir ölkənin balı Dünya Bankının Biznes qurmaq və «Transparency International» təşkilatının Korrupsiyanı qavrama indeksinə əsasən ortalama götürülüb. Bal nə qədər yüksəkdirsə, biznes mühiti də bir o qədər əlverişli hesab olunub.

Azərbaycan 49 balla 45-ci, yəni axırdan ikinci yerdə qərarlaşıb. Sonuncu yerdə 46 balla Ukrayna gəlir. Qeyd edək ki, ötən il Azərbaycan 44-cü yerdə olub, yəni bu il bir pillə geriləyib.

Cənubi Qafqaz ölkələrindən Gürcüstan 69 balla 20-ci, Ermənistan 53 balla 39-cu yerdədir. Rusiya 51 balla 44-cü yeri tutub.

Ancaq ölkə rəsmiləri ölkədə biznes mühitinin əlverişli, sağlam olduğunu deyirlər. Hətta bir müddət əvvəl prezident İlham Əliyev xaricdə yaşayan zəngin azərbaycanlıları ölkəyə sərmayə qoymağa çağırmışdı. Prezident deyirdi ki, son illərdə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub və onun yarısı xaricdən gəlib. Bu da prezidentin fikrincə, ölkədə biznes mühitinin sağlam olmasının göstəricisidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG