Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Azərbaycanda 46 dərəcə isti gözlənilir


arxiv foto
arxiv foto

İyulun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı bildirilir.

Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 25-27, gündüz 40-43, Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacaq.

Nazirlik bildirir ki, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-dan 17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında dahava şəraitinin günəşli olacağı vurğulanır. Gecə 22-27, gündüz 40-44,bəzi yerlərdə 46, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji xəbərdarlıq

Nazirlik bildirir ki, iyulun 3-i və 4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhaliyə əlverişsiz, meteohəssas insanlardan ötrü risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Dünən, iyulun 1-də Bakıda 44 dərəcə isti qeydə alınmışdı. Nazirlik bildirir ki, bu son 120 ildə paytaxtda qeydə alınan ən yüksək istilikdir.
Xatırlatma

Azərbaycanın əmək qanunvericiliyinə görə, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda, başqa iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Amma günlərdir paytaxtda anomal istilər davam etsə Bakı-Sumqayıt yolunda fəhlələr açıq havada asfalt üzərində təmir-tikinti işləri aparmaqdadırlar

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG