Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 04:36

İrana gedənlərin sayı 80 faiz artıb


Statistika Komitəsi

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin (DSK) mayın 17-də yaydığı məlumatda bildirilir ki, bu 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çoxdur.

Gələnlərin 27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri və qalan hissə də başqa ölkələrin payına düşür. 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir.

2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə əvvəlki ilin analoji dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1636,4 min nəfərə çatıb: “Ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib”

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 , Gürcüstana gedənlərin sayı 10,6, Rusiya Federasiyasına gedənlərin sayı 6 , Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artıb.

Ekspertlər son bir ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayının kəskin artmasını heç də təsadüf saymırlar.Onların deməsinə görə, İrana ABŞ-ın tədbiq etdiyi sanksyalar bu ölkənin milli valyutasının kəskin ucuzlaşmasına səbəb olub. Onların fikrincə, nəticədə Azıərbaycan vətəndaşların da bu ölkəyə alış-verişə gedənlərin sayı artıb.

Ekspertlərin deməsinə görə, həmin insanların bir hissəsi isə İrana müalicə və ziyarət məqsədi ilə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG