Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:46

«İlham Əliyev qanun layihəsinin qarşısını almaq istəyir»


Chris Smith
Chris Smith

«Azərbaycanda həbslər dayanmasa, Əliyev hakimiyyətinə qarşı sanksiyalar mütləq tətbiq ediləcək».

Azadliq.info-nun xəbərinə görə, bunu Tbilisidə keçirilən ATƏT Parlament Assambleyasının sessiyası zamanı ABŞ konqresmeni Christopher Smith bildirib.

Ch.Smith Azərbaycan rəsmiləri ilə təmaslarından da bəhs edib:

«Biz bildirdik ki, siyasi məhbusların azad edilməsini müsbət qiymətləndiririk. Amma hər şeydən əvvəl insanların vəhşicəsinə tutulub içəri atılmasının dayandırılmasını daha önəmli məsələ sayırıq. AzadlıqRadiosu müxbiri həbs olunanda, bu, Amerika Birləşmiş Ştatları və bizim hamımız üçün qayğıları əhəmiyyətli dərəcədə artırdı. Çünki bu dəfə korrupsiya əməlləri haqqında məlumat verən həbs cəzası almışdı».

Ch.Smith daha sonra «Azərbaycan Demokratiya Aktı» adlı qanun layihəsi təqdim etməsindən söz açıb: «Bu layihənin əsası sayılan 4-cü bəndi hökumət rəhbərləri və onların ailələrinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsinin qarşısını alacaq».

Ch.Smith deyib ki, Azərbaycan hakimiyyəti bu qanun layihəsinin qarşısını almaqdan ötrü Birləşmiş Ştatlardakı ən yaxşı hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb. «Amma həmkarlarım əmin edirlər ki, belə qanunlar zəruridir», - deyə o qeyd edib.

Ch.Smith deyib ki, ictimai-siyasi mühit yaxşılaşdıqca, bəzi sanksiyalar aradan qaldırıla bilər.

Christopher Smith «Azərbaycanda Demokratiya Aktı» qanun layihəsinin təşəbbüskarlarından biridir. Aktda Azərbaycan hakimiyyətinin təmsilçilərinə, onların ailə üzvilərinə ABŞ-a vizaların verilməməsi və başqa sanksiyalar nəzərdə tutulur.

Azərbaycan hökumətinin təmsilçiləri isə bu aktın qəbul ediləcəyinə inanmadıqlarını söyləyiblər. Üstəlik, onların fikrincə, Ch.Smith ermənipərəst siyasət yeridir. Ancaq Ch.Smith belə fikirləri əsasız adlandırıb. Deyib ki, layihədən erməni icması yalnız o, hazır olduqdan sonra xəbər tutub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG