Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:48

Azərbaycan evində Macarıstana uduzub


Arxiv foto

İyunun 8-də futbol üzrə Azərbaycan milli futbol komandası AVRO-2020 seçmə mərhələsində Macarıstan yığması ilə üz-üzə gəlib.

Bakıda "Bakcell Arena"da keçirilən oyundan Azərbaycan yığması 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Oyunda Azərbaycanın yeganə qolunu matçın 69-cu dəqiqəsində Mahir Emreli vurub.

Bu Azərbaycan milli komandasının E qrupunda ikinci, Macarıstanın isə üçüncü oyunu olub. Qonaqlar səfərdə Slovakiyaya uduzub, evdə isə Xorvatiyaya qalib gəliblər. Azərbaycan millisi isə ilk qarşılaşmada da səfərdə Xorvatiyaya 2:1 hesabı ilə mağlub olmuşdular.

Qurupda Azərbaycan, Macarıstan, Xorvatiya, Slavakiya və Uels yer alır.

Azərbaycan millisi seçmə mərhələnin üçüncü oyununu iyunun 11-də öz meydanında Slovakiya yığmasına qarşı keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG