Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Ramazan monitorinqi və insan haqları-media icmalı


Təzə Pir məscidi, 22 iyun 2010
Təzə Pir məscidi, 22 iyun 2010

Azərbaycan Sialahlı Qüvvələrinin tarixi, aqrar sektorda vəziyyət, ölkədə insan hüquq və azadlıqları medianın aparıcı mövzularındandır...

“ Ölkədə baş verənlər diqqətdən kənarda qalıb”

“ Azadlıq.info” saytında “Ramazan monitorinqi” sərlövhəli yazı oxumaq olar.

Müəllif Rövşən Hacıbəyli yazıb ki, son günlər Azərbaycan cəmiyyətində də əsas müzakirə mövzusu Türkiyədəki seçkilərdir.Yazıda qeyd edilməsinə görə, bəziləri ölkədə keçirilən seçkilərdən daha çox Türkiyədəki proseslərlə ilgilənir.

Müəllif hesab edir ki, istənilən halda ölkədə baş verənlər də diqqətdən kənarda qalmamalıdır:

Rövşən Hacıbəyli, AzadlıqRadiosunun Bakı bürosunda , 7 aprel 2011
Rövşən Hacıbəyli, AzadlıqRadiosunun Bakı bürosunda , 7 aprel 2011

“Məsələn, QHT Şurasının 10 illik yubileyində prezidentin köməkçisi Əli Həsənovun “Azərbaycanda azad media formalaşıb” sözləri qardaş ölkənin seçki ehtirasında itib-batdı. Bu açıqlamaya reaksiyalar olmadı… Maraqlı xəbərlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən gəlib. Sən demə, bu komitə Ramazan ayı boyu monitorinqlər aparıb. Monitorinq sözü eşidiləndə adamın ağlına əsasən seçki monitorinqi, siyasi məhbuslarla bağlı monitorinq, cəbhə bölgəsində monitorinq, quş qripi ilə bağlı monitorinq və s. gəlir. Ancaq daha önəmli monitorinqlər varmış, xəbərimiz yox…”

Müəllifin yazmasına görə, həmin monitorinqdə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqviminə nə dərəcədə əməl edilib-edilmədiyi araşdırılıb.

Yazıda vurğulanır ki, ölkədə namazı nə vaxt qılındı, oruca nə vaxt tutuldu, bayram nə vaxt qeyd edildiyi arşdırılsa da, siyasi fəalların saxlanması və həbs edilməsinin monitorinqi aparılmır:

“Maraqlıdır, görəsən bu dini qurum inanclı kəsimin türmələrə doldurulması, onlara işgəncə verilməsi, öldürülməsi, məhkəmə prosesləri ilə bağlı da monitorinq aparırmı? Şikəst edilmiş Əbülfəz Bünyadova yaxınları ilə görüşə imkan verilmir, yataq xəstəsi olan bu adama qohumlarının sahib durmasına şərait yaradılmır. Bu sayaq işləri monitorinq altına almaq olmazmı, həm də Ombudsman Aparatı ilə birgə?”

Məhsuldarlığın artmamasının səbəbləri...

Bakıda bazar, foto arxiv
Bakıda bazar, foto arxiv

“Novoye Vremya” qəzetində “Yeni bazarları necə tapmalı?” sualı

gündəmə daşınır.

Müəllif Azərbaycanın qeyri-neft sektorunda vəziyyəti təhlil etməya çalışıb.

Yazıda qeyd edilir ki, Dünya Bankının nümayəndəsi Culian Lampetti bu günlərdə Bakıda keçirilən tədbirdə Azərbaycanda kənd təsərrüfatının vəziyyəti ilə bağlı çıxış edib.

Müəllifin bildirməsinə görə, C.Lampetti bu barədə deyib:

“Azərbaycan kənd təsərrüfatında məhsuldarlıq səviyyəsi Latın Amerikası ölkələrinin keçən əsrin 60-cı illərindəki səviyyədən bir qədər yüksəkdir. Bunu 3 dəfə artırmaq imkanı var və bu ixrac potensialı daha 1,1 milyard dollar deməkdir. Azərbaycan aqrar sektoru məhsullarının 77 faizi Rusiyaya göndərilir, bu mənada yeni bazarlar tapmaq barədə düşünmək lazımdır”.

Müəllif də hesab edir ki, ölkədə məhsuldarlıq istənilən səviyyədə deyil.

Yazıda vurğulanır ki, insan amili olmadan bunu etmək mümkün deyil, fermerlərin yaxşı işləmələrindən ötrü, onlara məqbul şərait yaradılmalıdır.

Yazıda qeyd edilir ki, buna mane olan səbəblər vardir:

“Əvvəllər də deyildiyi kimi bir çox bank təşkilatları kəndlərin kreditləşdirilməsini azaldıblar. Bu hal fermerlərin maliyyə vəziyyətini pisləşdirir, maliyyə vəziyyətinin pisləşməsi isə işin səmərəliliyini aşağı salır. Bu yaxınlarda Azərbaycanın pambıq sahələrində baş vermiş kütləvi zəhərlənmələr kəndlilərin səmərəli işinə çox pis təsir göstərir”.

Müəllifə görə, problemlərdən biri də aqrar sektorun kifayət qədər şəffaf olmamasıdır...

Silahlı Qüvvələrin 100 yaşı

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi, Hərbi Parad, 26 iyun 2018
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi, Hərbi Parad, 26 iyun 2018

“Azərbaycan” qəzetində isə “İki tarixin bir sevinci...” sərlövhəli yazıda Azərbaycanda hərbi quruculuq tarixi dəyərləndirilir.

Yazı Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr edilib.

Müəllif öncə, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi paradı göz önündə canlandırır:

“Şəhərdə bayram havası var, səf-səf düzülmüş hərbi geyimli atlı dəstələr və piyadalar nizami qaydada ötüb keçirlər. İllərdən 1919-cu il, günlərdən 28 maydır... Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümünü bayram edirlər. Bu, Cümhuriyyət hökumətinin birinci və sonuncu hərbi paradı olacaq”.

Yazıda bildirilir ki, bu parad indi Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

Müəllif yazıb ki, Cümhuriyyət hökuməti ilk gündən silahlı qüvvələrin təşkilinə başlayıb və ordu quruculuğu 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə də öz əksini tapıb:
“Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı...”.

Yazıda qeyd edilir ki, Milli Ordunun mühüm vəzifələrindən biri Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları işğaldan azd etmək idi.

Müəllif hesab edir ki, həmin vaxt ordu bu vəzifənin öhdəsindən gəlib.

Yazıda daha sonra indiki dövrə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli tədbirlərə qayıdılır:
“Yenə Azərbaycanın paytaxtında bayram havası var. İndi möhtəşəm hərbi paradını fərəhlə, fəxrlə seyr etdiyimiz bu ordunun - Azərbaycan Ordusunun yüksələn səsi inamımızın, güvəncimizin, gündən-günə inkişaf edən, güclü Azərbaycanımızın səsi, sədasıdır...”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG