Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

Fermer :'Nazirlə görüşə bilməsəm...' - MEDİA İCMALI


Fermer.Vyatka
Fermer.Vyatka

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, süd istehsalçılarının şikayəti, cəmiyyətdə “tapşırılma” kimi neqativ hallar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Süd istehsalçılarının şikayəti

“Marja.az” saytında “Bu gedişlə davam gətirə bilməyəcəyik, yalvarırırq-yeni nazirdən kömək istəyirlərsərlövhəli yazı oxumaq olar.

“Bu gedişlə davam gətirə bilməyəcəyik, yalvarırıq” – YENİ NAZİRDƏN KÖMƏK İSTƏYİRLƏR - Marja.az

Yazıda bildirilir ki, Azərbaycanda fermerlər südün maya dayərinin baha, satış qiymətinin isə ucuzluğundan şikayətçidirlər.

Süd istehsalçısı olan Elşən Quliyev deyib ki, bu məsələ araşdırılmalıdır:

“Monitorinq aparılmalıdır ki, həqiqətən südün alış qiymətinin aşağı olmasının səbəbi quru süddür, yoxsa digər amillər...İki ildir fəaliyyət göstərirəm, heç kimin xəbəri yoxdur ki, mən nə ilə məşğulam. Bir uçot, reyestr yaradılmalıdır. Gündəlik 1 ton civarında süd istehsal edirəm. litrini 40-45 qəpikdən satıram. Bu nə deməkdir? Bu gedişlə mövcud vəziyyətə davam gətirə bilməyəcəyik”.

Yazıda vurğulanır ki, fermerlər yemin bahalığından şikayətçidirlər. Onların deməsinə görə, yoncanın bir dərzini 5 manata, qarğıdalı yeminin 1 kiloqramını isə 35-43 qəpiyə alırlar. Son bir ildə yoncanın 2 dəfə bahalaşdığı iddia olunur:

“Kəpək niyə bahalaşmalıdır? Mən südü 45 qəpiyə satıb pul qazana bilmirəm. Südün 1 litrindən 20 qəpik və ya ümumi dövriyyədən 20 faiz gəlir istəyirəm.10-a yaxın işçi işlədirəm, nə edim? Fermanı bağlayıb onları işdən çıxardım?”.

E.Quliyev deyib ki, vəziyyət barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verib. Onun vurğulamasəna görə, nazirliyə deyib ki, bir ay ərzində nazirlə görüşə bilməsə, çənin ağzını açıb südü yerə tökəcək.

“Şahdağ” fermer təsərüfatının nümayəndəsi Yusif Cəlilov da bu sahədə probelmlərdən gileylənir:

“2017-2018-ci ildə süd satışı ilə əlaqədar üzləşdiyimiz problemi heç vaxt görməmişəm. Gündəlik istehsalımız 10 tondur, bunun 8-9 tonunu satışa çıxardırıq. Biz bu südü sata bilmirik, emalçılara yalvarırıq. Satdığımız halda da pulunu ala bilmirik. 150 əməkdaşımız var, onların əməkhaqlarını heyvanları satıb ödəyirik. Belə getsə bir il davam gətirə bilməyəcəyik”.

“Tapş” bəlası

“Exo” qəzetində “ Azərbayanda “Nüfuz” : sovet dönəmində və bu gün” sərlövhəli yazı yer alır.

Müəllif hələ sovetlər dönəmində Azərbaycanda neqativ hal kimi bəhs edilən “sözü keçmək”, “tapşırılma” kimi olaylardan bəhs edir.

Yazıda bildirilir ki, sovet dönəmində bu məslənin əhatə dairəsi qıt olan ərzaq, paltar əldə etməkdən, ta işə düzəlməyə qədər geniş idi:

“İndi bu məsələnin bəzi istiqamətləri sıradan çıxıb, amma bəziləri hələ də fəaliyyətdədir”.

Müəllif iddia edir ki, cəmiyyətdə “sözü keçmək”“tapş” indi də var:

“Pul və baş olduqda nəyi istəsən əldə edə bilirsən, təkcə yaxşı vəzifədən başqa... Odur ki, “tapşırılma” hələ də qalır. Özü də indiki vaxtda məlum olur ki, bu hamıya və ya çoxlarına lazımdır”.

Müəllif hesab edir ki, bəzən tək-tük işədüəzltmə bürolarının fəaliyyətini belə hallar əngəlləyir:

“Tutaq ki, sizinlə bağlı sv sayta yerləşdirildi. Məlum olur ki, kimsə sizdən əvvəl bu və ya başqa yerə düzəlib. Səhərdən axşama kimi vakansiyalara nəzər salsanız belə, hansısa iş adamının sizi işsiz qalan qohumundan əvvəl işə götrüəcəyi zəmanəti yoxdur. Ondan ötrü iş adamının anası, yaxın-uzaq qohumları ağız açacaq, sizdən ötrü kim xahiş edəcək?”

“ İş yerləri çoxalır...”

“Azərbaycan” qəzetində “İş yerləri çoxalır, gəlirlər artır, alıcılıq qabiliyyəti yüksəlir” sərlövhəli yazı dərc edilib.

İş yerləri çoxalır, gəlirlər artır, alıcılıq qabiliyyəti yüksəlir

Əhalinin sosial müdafiəsinin müxtəlif formaları var: pensiyalar, müavinətlər, təqaüdlər, sosial yardımlar, sosial ödənişlər və s. Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək üçün vaxtaşırı pensiya və digər sosial müdafiə ödənişləri ...

Yazıda bildirilir ki, ölkədə əhalinin sosial müdafiəsi ilə bağlı müavinətlər, təqaüdlər, sosial yardımlar vaxtaşırı artırılır. Amma müəllif hesab edir ki, işlə təmin olunma sosial müdafiənin ən etibarlı formasıdır.

Yazıda prezident İlham Əliyevin bu yaxınlarda anidiçmə mərasimindəki çıxışına da toxunulur.Müəllifin xatırlatmasına görə, prezident deyib ki, bundan sonra da Azərbaycan vətəndaşlarının rifahı dövlətin diqqət mərkəzində olacaq:

“Deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb... Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq. Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb”, prezident vurğulayıb.

Yazıda xatırlanmasına görə, prezidett həmin çıxışında daha sonra da deyib ki, işsizliklə bağlı da böyük işlər görülüb.

Dövlət başçısının iddiasına görə, işsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir.

Müəllif sonda da yazıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı son rəqəmlər də müsbətdir:

“Ölkə əhalisinin nominal gəlirləri cari ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumilikdə 9,8 faiz artaraq 12 milyard 533,3 milyon manat olub. Əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat gəlir düşüb”

XS
SM
MD
LG