Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:00

'Dövlət xaricə təhsilə göndərdiyi gənclərin sayını azalıdb'-media icmalı 


Moskva Dövlət Universiteti, jurnalistika fakültəsi
Moskva Dövlət Universiteti, jurnalistika fakültəsi

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçirilən parad, ölkənin bank sistemindəki durum, xaricdə təhsil sahəsində vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“ Bankların vəziyyəti ölkə iqtisadiyyatından asılıdır”

“Novoye Vremya” qəzetində “Moody's-dan risk reytinqləri” sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanın bank sistemindəki durumu dəyərləndirir. Yazıda hesab edilir ki, bu sahədə irəliləyiş yoxdur. Müəllifin fikrincə əksinə, beş bankın reytinqi ilə bağlı qiymətləndirmə ciddi narahatlığa əsas yaradır.

Yazıda həmin bankların adı da çəkilir. Söhbət “Bank of Baku”, “Bank Respublika”,“Xalqbank”, “Kapitalbank” və “Azərbaycan Beynəlxalq Bank”ından gedir.

Müəllif vurğulayır ki, agentlik bu dəyərləndirməni bankların kredit qabiliyyəti bazası və bu bazada ola biləcək itkiləri nəzərə almaqla aparıb.

Moody's
Moody's

Yazıda vurğulanır ki, bəzi banklar hökumətdən dəstək gözləyirlər. Ona görə də beynəlxalq agentlik bu olmadığı halda yaranan riski qiymətləndirir.

Müəllif hesab edir ki, yaxın 12-18 ay ərzində bu göstəriclərin yaxşılaşması ancaq kredit qabiliyyətinin baza qiymtələndirilməsi yaxşılaşdığı halda mümkün ola bilər:

“Əgər problemli kreditlər əhəmiyyətli dərəcədə azalsa, kapitallşama və rentabellik əhəmiyyətli dərəcədə artsa bu bankların likvidliyi pisləşməyəcək. Dövlət dəstəyi gözləyən bankların reyitnqləri ancaq Azərbaycanın suveren reytinqi yaxşılaşdıqda yaxşılaşa bilər. Yeri gəlmişkən, böhran şəraitində fəaliyyət göstərən banklardan uğulr bank işi gözləmək ciddi məsələ deyil”.

Yazıda vurğulanır ki, Azərbaycanın suveren reytinqinin yüksəlməsinə gəlincə Moody's tələsmir:
“Bu bütünlükdə ölkə iqtisadiyyatının vəziyyətindən asılıdır. Hələ ki, böhrandan çıxmayıb. Ən azı neft amilindən asılılıq davam edir...”.

“ Dövlətin xaricidə təhsilə dəstəyi azalıb”

“Trend.az” saytında “Dövlət xəttilə xaricdə təhsil alan azərbaycanlıların sayı azalıb” sərlövhəli yazı yer alır.

Yazıda son 5 ildə Azərbaycandan olan gənclərin xaricidə təhsil alması səviyyəsi dəyərləndirilib.

Müəllif rəsmi statistikaya söykənərək vurğulayıb ki, xaricdə dövlət dəstəyi ilə təhsil alan gənclərin sayı azalıb.

Yazıda bildirilir ki, Azərbaycan vətəndaşları dövlət xətti ilə daha çox Türkiyədə ali təhsil alıblar.

Kosovo - Priştina universiteti, tələbələr, iyul 2017
Kosovo - Priştina universiteti, tələbələr, iyul 2017

Müəllif yenə rəsmi statistikaya əsasən vurğulayıb ki, ötən müddət ərzində bu ölkədə dövlət xətti ilə təhsil alan gənclərin də sayı təxminən iki dəfə azalıb.

Yazıda qeyd edilir ki, əgər dövlət proqramı əsasında 2013-2014-cü ildə Türkiyədə Azərbaycandan olan 1024 tələbə təhsil alırdısa, 2017-2018-ci tədris ilində bu rəqəm 569 nəfərə düşüb.

Müəllif vurğulayıb ki, Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsildə üstünlük verdiyi ikinci ölkə isə Rusiyadır.

Siyahıda daha sonra Böyük Britaniya, Almaniya, Kanada, Niderland və başqqa Avropa ölkələri gəlir.

Yazıda qeyd edildiyinə görə, beş il öncə Böyük Britaniyada dövlət xətti ilə 499 nəfər Azərbaycan vətəndaşı təhsil alırdısa, indi bu rəqəm 289 nəfərə enib.

Müəllif başqa ölkələrlə də bağlı oxşar sitatistikanı təqdim edir.

“Ordunun gücünün təsdiqi”

“Azərbaycan” qəzetində isə “Bütün dünya Azərbaycanın hərbi qüdrətini gördü” sərlövhəli yazı dərc edilib.

Yazıda Azərbaycan Silahlı Qüvvələrinin yardılmasının 100 illiyi münasibəti ilə iyunun 26-da Bakıda keçirilmiş hərbi paraddan bəhs edilir.

Mövzu ilə bağlı qəzetə danışan deputat Elman Məmmədov deyib ki, bu hərbi paradla Azərbaycan Ordusu malik olduğu gücü nümayiş etdirib:

Bakıda parad, 26 iyun 2018
Bakıda parad, 26 iyun 2018

“Prezident İlham Əliyevin paradda söylədiyi nitq, verdiyi mesajlar bir daha sübut etdi ki, ölkəmiz qısa müddətdə torpaqlarını işğaldan azad edəcək və buna qadirdir”.

E.Məmmədov vurğulayıb ki, qarşı tərəf bundan ciddi nəticə çıxarmalı, Azərbaycanın və ordumuzun gücü ilə hesablaşmalıdır.

Başqa bir deputat Aydın Mirzəzadə isə deyib ki, hərbi parad Azərbaycan Ordusunun hazırkı vəziyyətinin göstəricisidir:
“2016-cı ilin aprelində və bu yaxınlarda Naxçıvanın Günnüt kəndi ətrafındakı əməliyyatlarda iştirak etmiş hərbçilərin parada qatılması Azərbaycanın müstəqilliyinin qarantlarından biri olan çox ciddi dövlət strukturunun - Silahlı Qüvvələrin uğurlu fəaliyyətnin sübutudur”
Deputat Zahid Oruc da bildirib ki, bu parad ordunun həqiqi gücünü ortaya qoyub:

“Prezidentin paradda qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri istər şəxsi heyət baxımından, istərsə də maddi-texniki təchizat baxımından dünyanın güclü orduları sırasındadır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG