Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

‘Büdcə artımı xaricdə təhsil proqramına yönəldilsəydi...’-media icmalı


Kosovo, Pristina universitinin tələbələri, iyul 2017
Kosovo, Pristina universitinin tələbələri, iyul 2017

Ölkədə milli azlıqların təhsil hüquqları, büdcə dəyişiklikləri, xaricdə təhsil alan tələblərin bir hissəsinin ölkəyə qayıtmaması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Xaricdə təhsil alıb qayıtmayanlar ”

“Novoye Vremya” qəzetində “Qayıtmayanlar-diqqət mərkəzində”

sərlövhəli yazı oxumaq olar.

Müəllif xaricdə təhsil və təhsildən sonra gənclərin bir qisminin ölkəyə qayıtmaması məsələsini gündəmin müzakirəsinə daşyır.

Yazıda bildirilir ki, Azərbaycanda təhsil haqları yüksək, təhsilin səviyyəsi aşağıdır. Müəllifin fikrincə, buna görə də xaricdə təhsil, xüsusilə dövlət hesabına təhsil mövzusu daim aktualdır:

Buna da bax:Ölkəni tərk etmədən də xaricdə təhsil almaq mümkündür

“Bu mövzu həmişə qızğın müzakirələr doğurub.Bu da aydındır. Xaricdə təhsil təkcə Azərbaycanda yox, təhsil aldıqları ölkələrdə də gənclərə yeni uğurlu karyera imkanı deməkdir. Buna görə də dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin sayı ilbəil artır”.

Yazıda xatırladılır ki, 2007-2015-ci illərdə Azərbaycanda gənclərin xaricdə təhsil almaq proqramını Dövlət Neft Fondu maliyyələşdirib.

Müəllif vurğulayıb ki, son vaxtlar bu sahədə yeni dövlət proqramının qəbulundan çox danışılsa da, konkret heç bir addım atılmayıb.

Yazıda habelə qeyd edilir ki, Azərbaycandakı iqtisadi böhran, manatın iki dəfə devalvasiyası bu proqrama da mənfi təsir göstərib.

Müəllif daha sonra diqqəti xaricidə təhsil alan bəzi gənclərin sonradan Azərbaycana dönməmələrinə yönəldib:

““Xaricdən qayıtmayan tələbələr” problemi Təhsil Nazrilyinin də, Milli Məclisin də müzakirə mövzusuna dönüb”.

Müəllif yazıb ki, bəzi deputatlar dövlət xətti ilə təhsil alanların ölkəyə qayıtmamalarını pisləyir.

Yazıda vurğulanır ki, bəzi deputatlar baş verənlərin mahiyyətinə varmadan problemi “hay-küy”lə həll etmək istəyirlər.

Müəllifə görə, burada əsas məsələ ölkəyə qayıdan gənclərə şərait yaratmaqdan və ləyaqətli yaşamaqdan ötrü yetərli gəlir əldə etməkdən keçir.

“ Büdcə dəyişiklikləri ”

Manat və dollar
Manat və dollar

“Yeni Müsavat” qəzetində “Büdcə dəyişiklikləri mövcud iqtisadi kursa ziddir “ sərlövhəli yazı yer alır.

Müəllif 2018-ci ilin büdcəsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı paketin Milli Məclisə təqdim olunmasını iqtisadşı ekspert Qubad İbadoğlu ilə müzakirə edib.

2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin 1.983 milyard manat artırılacağı gözlənir. Büdcəyə dəyişiklikdən sonra gəlirlərin 22 milyard 110 milyon manat təşkil edəcəyi bildirilir.

Büdcənin xərclərinin də artırılması təklif olunur. Xərclərin 2.014 milyard manat artırılaraq 23.061 milyard manata çatdırılmasının istəndiyi qeyd edilir.

Müəllif yazıb ki, paket tam olaraq ictimaiyyətə təqdim olunmasa da, açıqlanan parametrləri dəyərləndirən müstəqil iqtisadçılar onu tənqid edirlər.

Q.İbadoğlu qəzetə deyib ki, büdcə dəyişiklikləri prosedur baxımından pozuntularla həyata keçirilir. Layihə rəsmi qəzetlərə və saytlara yerləşdirilməyib:

“Dəyişikliklərin özünə gəlincə, onlar korporativ maraqlara xidmət edir. Çünki büdcə xərclərindən pay götürən şirkətlər büdcənin formalaşmasına əhəmiyyətli töhfə verən qurumlardır. Məsələn, Dövlət Neft Şirkəti büdcənin ən iri təminatçılarından biridir. Bu şirkətə, ”Azərenerji"yə iri məbləğdə pul ayrılması korporativ maraqlardan irəli gəlir. Bu halda büdcə dəyişikliyinin sosial əhəmiyyətinin, ictimai yükünün olacağını söyləmək çox çətindir”.

Q.İbadoğluna görə, büdcə artımının bir qismi xaricdə təhsil proqramının maliyyəlşdirilməsinə, vətəndaşların sağlamlığının qorunmasından ötrü icbari tibbi sığortanın daha geniş ərazidə tətbiqinə və ya gənclərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə sosial mənzil tikintisinə yönəldilsəydi o zaman səmərəli olardı:

“Bu baxımdan, hesab edirəm ki, dəyişikliklər büdcə gəlir-xərclərinə səmərəli yanaşmanı nümayiş etdirmir”.

“Milli azlıqların müdafiəsi ”

Azərbaycan bayrağı, 1 may 2017
Azərbaycan bayrağı, 1 may 2017

​​​“Azərbaycan” qəzetində “Azərbaycan milli azlıqların müdafiəsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirir” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, bu günlər “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası və “Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası”nın qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə Avropa Şurasında yüksək səviyyəli konfrans keçirilib.

Yazıda vurğulanır ki, konfransda Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müasir dövrdə üzləşdiyi məsələlər müzakirə edilib. Azərbaycanı bu tədbirdə isə Prezidenti Administrasiyası millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib. Yazıda onun konfransdakı çıxışına da toxunulur:

“O, Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan azsaylı xalqların sosial, iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğunu qeyd edərək burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən görülmüş mühüm işlərdən bəhs edib. Şöbə müdiri konkret faktlara əsaslanaraq Azərbaycanda milli azlıqların dillərində 377 ibtidai və ümumtəhsil məktəbinin fəaliyyət göstərməsi haqqında konfrans iştirakçılarına məlumat verib”

Yazıda qeyd edilməsinə görə, Etibar Nəcəfoc habelə deyib ki, ölkədə 18 ümumtəhsil məktəbində tədris sırf rus dilində aparılır, 326 ümumtəhsil məktəbinin rus bölməsində isə 90 min şagird bu dildə təhsil alır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG