Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:11

‘Böhrandan dərs çıxarılmadı’-media icmalı


Rövşən Ağayev
Rövşən Ağayev

Pambıq tarlalarında təhlükəsizlik, dövlət büdcəsindən SOCAR-a vəsait ayrılması, dövlət zəmanəti ilə alınan kreditlərlərin xərclənməsində şəffaflıq və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Büdcədən SOCAR-a yardım”

“Azadlıqinfo” saytında “Büdcədən SOCAR-a yardım qanunsuzluğu davam edir” sərlövhəli yazı oxumaq olar.

Yazıda hökumətin büdcəyə dəyişiklik etməsi və SOCAR-a büdcə vəsaitləri ayırlması ilə bağlı iqtisadçı-ekspert Rövşən Ağayev-in düşüncələri yer alıb.

Müəllifi hesab edir ki, hökumətin bu addımı neftin qiymətinin yüksək olduğu 2006-2013-cü illərdəki kimi ilin ortasında büdcəni dəyişmək təcrübəsini bərpa etməsidir:

“Bu bir daha onu göstərdi ki, böhrandan dərs çıxarılmadı. İdarəetmə özünü islah edə, dəyişə bilmədi. Bunun ən bariz nümunəsi büdcə menecmentliyinin son 20 ildə dəyişməməsi, iqtisadiyyatın müasir tələblərə baxmayaraq çox əski çağlarda qalmaısıdr”.

Müəllifə görə, büdcənin tez-tez dəyişməsi hökumətin orta və uzunmüddətli strategiyasının, hədəflərinin yoxluğunun göstəicisidir.

Yazıda vurğulanır ki, büdcəni xərcləyən qurumların strateji planları və vətəndaş cəmiyyətinin nəzarəti olmadığı şəraitdə xərclərin daima kəskin artırılması səmərəsiz, korrupsiya riskli xərcləmələrə yol açır.

SOCAR işçisi
SOCAR işçisi

Müəllif bildirir ki, 2 mlrd. manata yaxın xərc artımı nəzərdə tutulur. Bunun az qala yarısı SOCAR-ın dəstəklənməsinə gedə bilər:

“Xatırladım ki, ötən il dövlət büdcəsindən SOCAR-a 1.3 mlrd manatdan çox büdcə dəstəyi verilib, Şirkət isə büdcəyə 1.5 mlrd. manat köçürüb. Belə şəraitdə bəlkə də ən şəffaf yol odur ki, hökumət SOCAR-a 3 və ya 5 illik vergi tətili haqqında qanun qəbul etsin. Onsuz da bu qədər nəhəng şirkət neçə illərdir büdcəyə ödədiyini müxtəlif büdcə kanalları vasitəsilə geri alır”

İqtisadçının yazdığına görə, başqa bir xəbər odur ki, Neft Fondunun büdcəyə dəstəyi 2 mlrd. manat artırılır:

“Halbuki, Yol Xəritəsinə görə, “qızıl qayda” hazırlanmalı, Fond və büdcə arasında münasibətlər limitləşdirilimiş rəqəmlər üzərində qurulmalı idi. Amma ortada heç bir sənəd yoxdu.”

“Kreditlərin səmərəli xərcləndiyini söyləmək mümkün deyil”

“Müsavat.com” saytında “Dövlət xarici kreditləri hara və necə xərcləyir”

sərlövhəli yazı yer alır.

Yazıda Azərbaycanda dövlət borcu olaraq götürülən kredit və onların xərclənmə istiqamətləri ekspert Rəşad Həsənov-la müzakirə edilib.

Rəşad Həsənov, Bakı, 16 fevral 2018
Rəşad Həsənov, Bakı, 16 fevral 2018

Müəllif rəsmi açıqlamalara istinadən bildirir ki, Azərbaycanda götürülən kreditlərin 60 faizdən yuxarısı infrastruktur (avtomobil yollarının, dəmir yolunun çəkilməsi, yeni enerji güclərinin yaradılması, su təchizatı, enerji təchizatı və sair) layihələrə, 3-4 faizi iqtisadiyyat, maliyyə, kənd təsərrüfatı və meliorasiya layihələrinə yönəldilir.

Yazıda xatırladılır ki. 2018-ci il yanvarın 1-nə Azərbycanın xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları (15 milyard 978,1 milyon manat) olub. Bunun isə ümumi daxili məhsula (ÜDM) olan nisbəti 22,8 faiz təşkil edib.

Ekspert R.Həsənov da deyib ki, Azərbaycanda dövlət zəmanəti ilə kreditlərin çoxu iri dövlət qurumlarının xətti ilə alınır:

“Bunlar da daha çox infrastruktura yönəlib. Dövlət Dəmir Yolundan tutmuş, ”Azərenerji", “Azərişıq”, “Azərsu”, AZAL və digərlərinədək, əksər iri dövlət müəssisələri üçün böyük məbləğdə kreditlər götürülüb”.

R.Həsənova görə burada problemlərdən biri dövlət qurumlarının əksər hallarda götürdüyü krediti qaytara bilməmələri, yükün isə büdcənin üzərinə düşməsidir:

“Alınan kreditlərin büdcə hesabına qaytarılması isə sosial layihələrə vəsait yönəldilməsi imkanlarını daraldır".

Ekspertə görə, xarici kreditlərlə bağlı daha bir ciddi məsələ vəsaitlərin qeyri-şəffaf, təyinatından kənar xərclənməsidir:

“Yəni, həm borclanma, həm də xərcləmə üzərində nəzarət mexanizmləri zəifdir. Bu proseslərdə şəffaflıq təmin olunmadığı üçün alınan kreditlərin səmərəli xərcləndiyini söyləmək mümkün deyil. Nəzarət orqanları institutlaşa bilmir, bu isə vəsaitlərin korrupsiya predmetinə çevrilməsinə səbəb olur”.

“Pambıq sahələrində təhlükəsizlik”

İmişli rayonu, pambıq tarlası
İmişli rayonu, pambıq tarlası

“Azərbaycan” qəzetində isə “Pambıq sahələrində təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir” sərlövhəli yazıda kənd təsərrüfatı naziri İnam Kərimovun qeyri-neft sektorunda vəziyyətə dair fikirləri təqdim edilir.

Müəllif yazıb ki, nazir son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə hallarına münasibət bildirərək bunu kifayət qədər narahatedici və ciddi hadisələr adlandırıb. Eyni zamanda nazir deyib ki, bu məsələ bir tərəfdən dövlət başçısının nəzarətindədir, digər tərəfdən Baş Prokuroluq bununla bağlı cinayət işi başlayıb.

Qəzetdə yazılana görə, nazir hesab edir ki, bu hadisələr ya dərmanların keyfiyyəti, ya da tətbiqi ilə bağlı meydana çıxır.

Müəllifin habelə vurğulamasına görə, nazir onu da deyib ki, pambıq texniki bitki olduğundan kimyəvi maddələrin tətbiqi zəruridir. Ancaq təhlükəsizlik qaydalarına riayət etmək burada əsas məsələdir:
“Bu öhdəliklər pambıqçılıqla məşğul olan özəl təsərrüfatların, fermerlərin üzərinə düşür. Onlar işçiləri sahəyə çıxararkən təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər”.

Yazıda nazirin baramaçılıqla bağlı da fikirlərinə yer verilib. Baramaçılığın yem bazasının təşkili ilə bağlı məsələni şərh edən nazir 2017-ci ildə ölkəyə 1,6 milyon ədəd, 2018-ci ildə isə 1,2 milyon ədəd tut tingi gətirildiyini bildirib:
“Bu inkişafda olan bir sahədir. Bu il üçün hədəfimiz 450 ton idi. Artıq 500 tona yaxın barama istehsal olunub və gələcəkdə istehsal daha da artacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG