Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

 ‘Musanın dükanından sağa dön’ -media icmalı


Səhiyyənin vəziyyəti, hakimiyyət-müxalifət münasibətləri və Azərbaycana kənardan baxış medianın aparıcı mövzularındandır...

“Gizli təşkilatla əməkdaşlıq...”

“Azadlıq.info” saytında “Avropadan bizi ittiham edənlərə” sərlövhəli yazı oxumaq olar.

Yazının müəllifi keçmiş deputat Gültəkin Hacıbəylidir.
O yazıb ki, ölkədə az qala hər gün bir cəbhəçinin həbsi xəbəri eşidilir:

“İki gün qabaq əksəriyyəti cəbhəçi olan məhbus ailələrini şəhərdə gəzdikləri yerdə zorla polisə aparmışdılar. Bu gün ( iyunun 17-də-r) cəbhə gənclərinin lideri Emil Səlimovu Nizami rayonundakı H.Əliyev parkında çay içdiyi 10 cəbhəçi dostu ilə birlikdə polis bölməsinə götürüblər”.

Yazıda bundan əvvəl baş verən həbslər də xatırladılır. Müəllifin fikrincə, həbslərdə məqsəd beynəlxalq aləmi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin “çirkli pullara bulaşması”na inandırmaq idi. Keçmiş deputat hesab edir ki, bu cəhdlər alınmayıb:

Gültəkin Hacıbəyli, Bakı, 7 iyul 2013
Gültəkin Hacıbəyli, Bakı, 7 iyul 2013

“Bundan öncə Nardaran əməliyyatı da fiaskoya uğramışdı, Gülən hoqqabazlığı da. Gözəl Bayramlı ilə Əfqan Muxtarlının şərlənib həbs olunduğu Gürcüstan işi də eyni taleyi yaşadı”.

Yazıda bildirilir ki, indi Avropanın hüquqi baxımdan ən mükəmməl təminatları olan ölkələrindən- Niderland və Almaniyadan bəzi mühacirlər Azərbaycana gizli təşkilatlanmaq tövsiyələri verirlər:

“Bir anlığa təsəvvür edin ki, biz gizli təşkilatla əməkdaşlıq edirik və bu gizli təşkilatın guya adı və şəxsiyyəti heç kimə bəlli olmayan yüzlərlə üzvü var. Həmin gizli üzvlər vasitəsilə bizə nələr tikə bilməzlər ki?! Silahlı dövlət çevrilişindən hakimiyyətin güc yolu ilə dəyişdirilməsinədək, xarici kəşfiyyatla əməkdaşlıqdan terror fəaliyyətinin həyata keçirilməsinədək. Hətta, az və ya çox dərəcədə inandırıcı da gələ bilər: dünya tarixinə nəzər salsaq, gizli siyasi təşkilatlar, əsasən, elə bu məqsədlərlə yaradılıb, bu işlərlə məşğul olub”


Keçmiş deputat hesab edir ki, Avropada, ən təhlükəsiz məkanda həyat zövqlərinin dadını çıxaranlar bu barədə düşünsələr yaxşı olar.

“Biləcəri ilə Lökbatanı səhf salanlar...”

Bakı dəmir yolu vağzalı, 14 0ktyabr 2009
Bakı dəmir yolu vağzalı, 14 0ktyabr 2009

“Qafqazinfo.az” saytında “Vətəndən getməmək üçün..” sərlövhəli yazı yer alır.

Müəllif vətəninə sevgisindən və onun qayğılarından bəhs edir:

“Mən ona görə narazı-narazı yazıram ki, o gözəlim ölkədən, o gözəlim vətəndən, o müdhiş torpaqdan qopmaq, başımı götürüb qaçmaq istəmirəm. Hər şey yaxşı olsun, yurdum insanı rahat yaşasın, gülümsəsin istəyirəm”.

Müəllif ölkənin adını çəkmədən yazıb ki, 18 gündür Azərbaycandan uzaqdadı, kimdənsə hara gedəcəyini soruşmadan istədiyi yeri rahat tapa bilir, həyəcansız, əsəbsiz, stressiz mənzil başına çatır:

“Bilirsən niyə? Çünki, adamlar çox sadə bir işi dəqiq yerinə yetiriblər. Küçələrin adını dəqiqliklə elektron xəritələrə qeyd edibər. Avtobuslarının, metrolarının məlum bir hərəkət qrafiki var. İl olub 2018, ölkəömizdə saysız hesabsız dünyəvi müsabiqələr, yarışmalar keçirilir, şəhərdə gəzən 5 nəfərdən üçü turistdir, di gəl, “google map”də Biləcəri yazıb yola düşsən özünü Lökbatanda tapırsan...”

Müəllif hesab edir ki, “Musanın dükanından sağa dön” prinspi ilə çox da uzağa getmək olmaz:

“Vətən təkcə ona şeir yazmaq, mahnı bəstələmək üçün deyil... Vətən yaşamaq üçündür. Mən ömrümün sonuna qədər bu doğma yerdə, doğma adamların arasında yaşamaq istəyirəm. Bu, balaca görünsə də sonu faciələrə aparıb çıxara biləcək qədər böyük olan problemlərin qarşısını almasaq, boğazımızı qıcıqlandıran toz dənəciklərinin üstünə bir-iki qurtum su sərpməsək bizə yaşamaq asan olmayacaq, dostlar”.

“100 il yol gələn Azərbaycan səhiyyəsi”

“Azərbaycan” qəzetində “17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, iyunun 17-nin tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunmasından ötrü keşmiş preident Heydər Əliyev 2001-ci il iyunun 4-də sərəncam imzalayıb.

Yazıda bildirilib ki, tibb işçilərinin peşə bayramı günü öz mənbəyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 il əvvəlki tarixindən götürür:

“1918-ci il mayın 28-də milli tariximizin ən əlamətdar hadisəsi baş verdi - Azərbaycan dövlət müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-da Tbilisidən Gəncəyə köçdü. Səhəri gün hökumətin kabinəsində ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırıldı...”.

Yazıda vurğulanır ki, son illər Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazası kifayət qədər gücləndirilib:

“Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri ilə təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir”

Yazıda bildirilir ki, Azərbaycanda 600-dən artıq yeni tikilən və ya əsaslı təmirdən çıxman tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Yazının sonunda da oxuyuruq:


“Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG