Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:30

‘Banklar ziyandadır’-media icmalı


Mərkəzi Bank, Bakı
Mərkəzi Bank, Bakı

Keçmiş prezident Heydər Əliyevn 95 illik yubleyi ərəfəsində onun fəaliyyətinin dəyərləndirilməsi, qeyri-neft sektorunda vəziyyət, bnakların ziyana düşməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır ...

Azərbaycan və Antaliya

“Exo” qəzetində “Azərbaycan hələ də qeyri-neft sektorundan əhəmiyyətli artım gözləyir sərlövhəli yazı oxumaq olar.

...Yazıda qeyri-neft sektorunun durumu ekspertlərlə müzakirə edilib.

Ekspert Nəriman Ağayev deyib ki, bir neçə il ərzində bu istiqamətdə vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmayıb. Amma müəyyən uğurlardan danışmaq olar. Onun fikrincə, bu sektorda əsas ağırlıq turizm və kənd təsərrüfatı məhsulları üzərinə qoyulur.

N.Ağayev hesab edir ki, 2018-ci ilin ikinci yarısında qeyri-neft sektorunda ixrac artımı gözləmək olar. Amma burada da çətinliklər var:

Meyvə-tərəvəz
Meyvə-tərəvəz

“Bu sahədə artım Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracıı hesabına əldə ediləcək. Amma indi Türkiyə bu bazarda demək olar ki, Azərbaycan da daxil olmaqla bütün ixracatçıları sıxışdırıb”.

N.Ağayev hesab edir ki, ixrac artımı təkcə kənd təsərrüfatı hesabına yox, həm də tikinti materialları və sənaye məhsulları hesabına da baş verə bilər.

Ekspert vurğulayıb ki, keçən il ilə müqayisədə bu il bu sahədə artım 20-30 faiz arasında proqnozlaşdırılır.

Amma başqa bir ekspert Natiq Cəfərli bu sahədə böyük gəlirlərə ümid bəsləmədiyini bildirib.O, bu ilin iki ayında Azərbaycanın 125 milyon dollar gəlir əldə etdiyini deyərək, bunun az olduğunu vurğulayıb:

“Türkiyənin Antalya bölgəsi ərazi və əhali etibarı ilə Azərbaycandan kiçikdir. Amma aylıq ixrac məhsulları 650 milyon dollar həddindədir. Bu sahədə gözlənti və proqnozlara gəlincə ilin sonuna 3-5 faiz arasında artım ola bilər”.

N.Cəfərli deyib ki, ölkə ixracının təqribən 90 faiz yenə də neftin, qazın payına düşür.

“ Bankların böhranı”

“Novoye Vremya” qəzetində “Bankların “səfalət böhranı” sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Azərbaycan bank sektorunda böhran arxada qalmayıb.
Müəllif vurğulayıb ki, bir neçə gün öncə bankların bir çoxu əmanətlər üzrə faiz dərəcələrini azaldıb.Yazıda hesab edilir ki, bu heç də müsbət addım kimi dəyərləndirilmir:

“Aydındır ki, qazanmaq və kapitallaşdırmanı yaxşılaşdırmaq üçün edilir. Amma bəzi bankirlərin bir anlıq maliyyə faydası əldə etmək tamahı bütünükdə bank sisteminin fəlakətınə səbəb ola bilər”.

Müəllif hesab edir ki, faizlərin azaldılması ilə üzləşən əmanətçilər pullarını geri götürməyə tələsəcəklər, bu isə bankların gəlirlərinə təsirsiz ötüşməyəcək.

Müəllifə görə, tamahkar bankirlər bu sektorda vəziyyəti bir qədər də ağırlaşdırırlar.

BTB valyutadəyişmə məntəqəsi, Bakı. Azərbaycan
BTB valyutadəyişmə məntəqəsi, Bakı. Azərbaycan

Yazıda vurğulanır ki, bütün hallarda zərər qaçılmazdır.Rəsmi açıqlamaya görə, bu ilin ilk rübündə banklar 55,9 milyon manat ziyan ediblər.

Müəllif iddia edib ki, belə zərərlərlə yaxın və orta perspektivdə bank sistemini sağlamlaşdırmaq mümkün olmayacaq. Üstəlik, bankların əhalinin kreditləşdirməsini məhdudlaşdırması da şəraiti düzəltməyə imkan vermir.

Yazıda həmçinin bildirilir ki, ölkənin bank sisteminin kredit portfelində azalma var. Son bir ildə də kreditləşdirmədə azalma davam edib.

Müəllif hazırkı durumu bank sistemində böhranın yeni mrəhələsi sayır.Yazıda vurğulanır ki, bütün bunlar ölkə iqtisadiyyatına yeni zərbə ola bilər.

“Heydər Əliyev kursunun davamı”

“Azərbaycan” qəzeti keçmiş prezident Heydər Əliyevin 95 illik yubleyi ilə bağlı silsilə yazıların dərcinə davam edir. Onlardan biri də “Qəlblərdə Heydər Əliyev sevgisi var” sərlövhəli yazıdır.

Qəlblərdə Heydər Əliyev sevgisi var

Tarixin taleyüklü məqamlarında, vətən ağır sınaqlarla üz-üzə qalanda xalqın xilaskarı olmaq vəzifəsinin böyük tarixi şəxsiyyətlərin üzərinə düşməsi danılmaz bir həqiqətdir. Həmin tarixi şəxsiyyətlərin ki, onlar bütün varlıqları ilə doğma vətənə, millətə ...

Müəllif yazıb ki, tarixin taleyüklü məqamlarında xilaskar olmaq böyük şəxsiyyətlərin üzərinə düşür:

“Belə tarixi şəxsiyyətlərin nümayəndələrindən biri də Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevdir. Dünyanın ən qüdrətli siyasətçiləri, ən məşhur simaları sırasına yüksələn ulu öndər ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı, uğurlu çıxış yolu tapmaq bacarığına, istedadına malik fenomenal şəxsiyyət, lider, rəhbər kimi hər birimizin qəlbində yaşayır”.

Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev

Yazıda H.Əliyevin sovet dönəmində (1969-82-ci illər) Azərbaycana rəhbərlik etməsi, 1982-87-ci illərdə o zamankı SSRİ rəhbrliyində çalışması və 1987-ci ildə istefa verməsi xatırladılır.

Müəllif hesab edir ki, bu istefadan sonra Qarabağ problemi başlayıb,ərazilərin müəyyən hissəsi işğal edilib .

Yazıda daha sonra Heydər Əliyevin Azərbaycana təkrar rəhbərlik etdiyi (1993-2003) dövründən bəhs edilir:


“Bu gün fəxrlə deyirik ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan məhz ulu öndər Heydər Əliyev olub”.

Yazıda vurğulanır ki, H.Əliyevin siyasi varisi İlham Əliyev də həmin siyasəti davam etdirir və onun prezident olduğu son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb.

Müəllifin fikrincə, bu 15 ildə Azərbaycan dövlətinin qüdrəti və beynəlxalq nüfuzu yüksəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG