Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 03:55

'Hökumət bahalı kreditlərlə ölkəni daha ciddi böhrana aparır'


ABŞ dolları

"Hakimiyyət xalqı daha sərbəst əzməsi üçün onu milyardlarla dollar borc faizi ilə yükləyir"

Azadlıq. info saytıAXCP sədri Əli Kərimlinin bu fikrilərinə yer ayırıb.

Ə.Kərimli bildib ki, iqtisadi-siyasi islahatlara getməklə, beynəlxalq maliyyə qurumlarından ucuz faizli, əlverişli şərtlərlə kreditlər almaq olar. Ancaq hakimiyyəti xalqı daha ağır borclarla yükləyir:

“Rejim ölkəni daha 1 milyard dollar yüksək faizli borcla yüklədi. “Cənub Qaz Dəhlizini” maliyyələşdirmək üçün illik 5.8 faizlə, 10 il müddətinə 1 milyard dollar borc alıblar. Daha əvvəl də 1 milyard dollar bahalı (illik 7 faizlə, 10 il müddətinə) borc alıblar. Yalnız bu 2 kredit üçün Azərbaycan milyard dollardan artıq faiz ödəməli olacaq. Amma Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı bir qayda olaraq kreditləri möhlətlə, daha uzun müddətə və daha aşağı faizlərlə (təqribən 0.5 – 1 faizlə) verir. Ancaq həmin banklardan böyük miqdarda kreditlər ala bilmək üçün gərək ciddi islahatlara razılaşasan. Hökumət islahat istəmir, şəffaflıq istəmir, vətəndaşları ilə öz kölələri kimi davranmaq istəyir və ona görə də ucuz kreditlər ala bilmir, bahalı kreditlərlə ölkəni daha ciddi böhrana aparır. İndi sual budur: nə qədər insan bilir ki, rejimin bizi daha sərbəst əzə bilməsi üçün də bu xalq milyardlarla dollar faiz ödəməli olacaq?”

AXCP sədri Əli Kərimli, 20 yanvar 2017
AXCP sədri Əli Kərimli, 20 yanvar 2017

Azərbaycanın dövlət tibb müəssisələrinin rezidentlərinə 2017-ci il başlayandan əmək haqqı verilməyib. Bu haqda “Bizim Yol” qəzetinə rezidentlərbildirib.

“Azərbaycan Tibb Universitetini bitirib ixtisas seçirik və o ixtisası öyrənmək üçün ixtisasa müvafiq olaraq 3-5 il asissent həkim-rezident oluraq çalışırıq. Bizi görünür hələ də uşaq bilirlər. Çünki dekabrdan bəri maaş almamışıq. Ya da bizi rüşvətə indidən öyrətmək istəyirlər. Pulsuz qoyub, əyri yollara yönləndirirlər. Bu məsələylə bağlı rəsmi qurumlar düz-əməlli cavab vermir. Düşündük ki, ictimailəşdirsək bəlkə faydası oldu".

Bunu qəzətə adını çəkmək istəməyən, Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında çalışan rezidentlərdən birideyib

Əmək haqqının verilməməsindən şikayət edənlərdən biri də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentidir.

“Biz yüzlərlə gənc rezident həkimləri 2017-ci ildən bəri maaş ala bilmirik. Maaşın məbləği 152 manatdır. Bu vəsait isə rezidentinyol pulu, kirayə pulu və ya dolanışıq puludur. Əlavə heç bir qazanc əldə edə bilməyən rezident2 aydan çoxdur maaş ala bilməməsi heç kimi maraqlandırmır. Baxmayaraq ki, calışdığımızvə tabeliyində olduğumuz müəssisə və xəstəxanalarda digər işçilər maaş alıb, rezidentlərə hələ də maaş verilmir. Maraqlanandadeyirlər ki, bu məsələnin həlli Nazirlər Kabinetindən asılıdır. Qeyd edim ki, bu hal yalnız dövlət müəssisələrinin rezidentlərinə aiddir.Özəl tibb müəssisəsələrinin rezidentləri maaşıvaxtı-vaxtında alır”.

"Bizim Yol" rezidentlərin şikayəti əsasında Səhiyyə və Maliyyə nazirliklərinə göndərilən informasiya sorğusunun cavabsız qaldığını yazır.

Milli mənəvi dəyərlərin möhtəşəm təcəssümü

Azərbaycanda Novruz şənliyi, bayram tonqalı, Bakı
Azərbaycanda Novruz şənliyi, bayram tonqalı, Bakı

"Azərbaycan" qəzeti yazır ki, keçmiş prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsiylə Novruz bayramı Aazərbaycanda dövlət səviyyəsində qeyd edilməyə başlanıb.

"Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmış, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzulamışdır. Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram iş günü hesab edilmir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il fevralın 23-də 21 martı Beynəlxalq Novruz Günü elan etməsi bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir. Biz Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki mənəvi mədəniyyətimizin, etnik-mifoloji keyfiyyətimizin müəyyənləşdirilməsində, xalqımızın qədim mifik görüşlərindən tutmuş adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir".

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG