Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

Bəzi postlar boş qalıb.


İlham Əliyev, andiçmə mərasimi, 18 aprel 2018
İlham Əliyev, andiçmə mərasimi, 18 aprel 2018

Aprelin 21-də prezident İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Elə həmin gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalamışdı.

Həmin sərəncama əsasən Hacıbala Abutalıbov baş nazirin müavinləri arasında yer alırdı.

Aprelin 21-də dövlət başçısı həmçinin, İnam Kərimovu prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri vəzifəsindən azad edib. İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri təyini edilib.

ASAN Xidmət 2012-ci ildə yaradılıb.

Eyni zamanda dövlət başçısı başqa bir sərəncamı ilə də Samir Nuriyevi Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən çıxarıb. O, Nazirlər Kabinetinin yeni tərkibində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsini tutur.

Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədilə 2016-cı ildə yaradılıb

Boş qalan yerlərə, hələlik, heç kim təyin edilməyib.

XS
SM
MD
LG