Keçid linkləri

2026, 13 İyun, şənbə, Bakı vaxtı 16:56

Elmar Məmmədyarov Minskə gedir

Elmar Məmmədyarov, Brüssel, 14 may 2018
Elmar Məmmədyarov, Brüssel, 14 may 2018

Xarici işlər naziri E.Məmmədyarovun sabah, iyunun 21-də Belorusa səfər edəcəyi bildirilir.

“Turan” agentliyinin məlumatına görə, nazir “Şərq Tərəfdaşlığı” ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin qeyri-formal görüşü iyunun 21-i və 22-də Minskdə keçirilməlidir.

Səfər çərçivəsində E.Məmmədyarovun nazirlərin tədbirində çıxışı, habelə ikitərəfli görüşləri planlaşdırıldığı qeyd edilir.

"Şərq Tərəfdaşlığı" proqramına Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

This item is part of
XS
SM
MD
LG