Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 09:41

Azərbaycan XİN İstanbuldakı terroru pisləyir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 19 fevral 2016

Biz İstanbulda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik.

Azərbaycan Xarici İşlər Nazirliyinin dekabrın 10-da İstanbulda baş verən terror aktıyla bağlı açıqlamasında belə deyilir.

Açıqlamada bildirilir ki, terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Terrorçuluğa qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.

Dekabrın 10-da İstanbulun mərkəzində - Beşiktaş səmtində baş verən iki terror hadisəsi nəticəsində 29 nəfər ölüb, 166 nəfər yaralanıb. Ölənlərdən 27-si polis, ikisi dinc sakidir. Yaralılardan üçünün durumu ağırdır.

Terrorla bağlı 10 nəfər saxlanılıb.

XS
SM
MD
LG