Kredit məhbusları azadlığa çıxır
«Beynəlxalq Bank işi»nə görə tutulanlardan daha iki biznesmen azadlığa buraxılıb. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi iyunun 1-də qərar verib.
APA-nın xəbərinə görə, məhkəmə qərarı ilə təqsirləndirilən iş adamları Elxan Cavad və Cavid Muxtarov həbsdən azad edilib.
Həmin şəxslər Azərbaycan Beynəlxalq Bankından kredit götürüb qaytarmamağa görə saxlanmışdılar.
Ekrana baxıb-toxunmadan smartfonu idarə edən qurğu hazırlanıb
Bu yeni qurğunu «Fingertips lab» startapı tanıdıb.
Çəkisi 10 qram olan halqa formalı qurğu maşın sürərkən, idman edərkən və ya gəzərkən mobil telefondan istifadəni asanlaşdıracaq.
«O6» adlanan bu cihazla smartfonun ekranına baxmadan səslə, jestlə və ya elə bir neçə sadə düyməni basmaqla proqramları açmaq, musiqiyə qulaq asmaq, səsli mesaj və e-mail-ləri dinləyib cavablamaq olar.
Fransada qatarların hərəkəti iflic olub
Fransada dəmiryolçuların tətilinə görə regional qatarların yarısı dayanıb.Dispeçerlər və sürücülər gecə saatlarındakı pik vaxtı işi dayandırıblar. Nəticədə sürət qatarlarının təxminən yarısı, regional qatarlarınsa 2/3-si dayanıb.Belçika və Niderlandla dəmiryol əlaqəsi kəsilib.Londona gedən Avrostar qatarı isə hələlik cədvəl üzrə hərəkət edir.
Anasının yasına gələni hava limanında saxladılar
Ukraynada Azərbaycan diasporunun nümayəndəsi, Milli Şuranın üzvü Yalçın Qəhrəmanoğlunun bu gün Bakı aeroportunda saxlandığı bildirilir. Onun anasının hüzr məclisinə gəldiyi deyilir.
Y.Qəhrəmanoğlunun indi harada olduğu bilinmir. Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı açıqlama vermirlər.