Sarkisian deyib ki, atəşkəsi Azərbaycan xahiş edib
Avrasiya İqtisadi İttifaqı İqtisadi Şurasının mayın 31-də Astanada keçirilən yığıncağında Ermənistan prezidenti Serj Sarkisian deyib ki, aprelin əvvəllərində Dağlıq Qarabağdakı təmas xəttində və Ermənistan sərhədi boyunca Azərbaycanın vəziyyəti eskalasiya etməsi “Avrasiya İttifaqına ciddi təhlükəsizlik hədəsi yaradıb”.
“Əlbəttə, Qarabağın özünümüdafiə qüvvələri qayda-qanunu bərpa edib və vəziyyəti öz nəzarəti altına alıb. Bu məsələdə Azərbaycanın atəşkəs rejiminin bərpası üçün müraciət etdiyi Rusiya əsas rol oynayıb”
Twitter rus rəsmiləri ələ salan hesabları bağladı
Twitter Rusiya rəsmilərini məsxərəyə qoyan parodiya hesabları yığışdırıb. Bu, həmin hesabların izləyicilərini qəzəbləndirib, onlar sosial şəbəkənin Kremlin təzyiqinə boyun əydiyini deyirlər.
Mayın 31-də Twitter-də Rusiya hökumətini bizləyən azı 5 ingilisdilli hesab bağlanıb.
Marcelo medalını Facebook-da mükafat kimi qoyub
Real Madridin braziliyalı ulduzu Marcelo UEFA Çempionlar Kubokunu qazananda aldığı medalı Facebook-da mükafat kimi qoyub. Marcelo yazır ki, kimsə nə vaxtsa nədəsə birinci olub. İstəyənlər bu bu xatirələrini, təəssüratlarını Facebook-da yazsınlar. Marcelonun hansı yazı xoşuna gəlsə, medalı ona verəcək və üstəgəl Adidas Futball X16 butslarını ona hədiyyə edəcək. Marcelonun müsabiqəsi iyunun 4-də bitir.
1 iyun- Beynəlxalq Uşaq Günüdür
Bu uşaqlar qabiliyyətlərinə görə yaşından xeyli böyükdür. Bəzilərinə isə əsl vunderkind demək olar. 3 yaşlı İsanın riyaziyyat və ingilis dili bilgilərini yoxlayırlar. “Onu dedim də…” Videolar burada